Bakıda müxtəlif küçələrdə avtomobil sürücüləri piyadaların yolunu kəsir.
Oxu.Az-ın məlumatına görə, sürücülər avtomobillərini piyadalar üçün nəzərdə tutulan səkilərin üstündə, yaxud yanında saxlayırlar.
Təbii ki, qanunsuz zəbt edilmiş piyada səkiləri insanların narazılığına səbəb olur.
Paytaxtin bir çox ərazilərində səkilərin üzərində dayanan avtomobillər səbəbindən vətəndaşlar övladlarını uşaq arabası ilə şəhərə çıxara bilmirlər.
Bəzi sahibkarlar isə obyektlərinə girişi təmin etmək üçün səkiləri zəbt edirlər. Bu kimi halların qarşısının alınması üçün müvafiq qurumların fəaliyyətsizliyi isə vətəndaşların narazılıqlarını bir qədər də artırır.