İqtisadiyyat

Azərbaycanlı fermerlərə yaşıl işıq: – Rusiya pomidorlara qoyduğu qadağanı qismən götürdü

“Rosselxoznadzor” Azərbaycanın 8 müəssisəsinə Rusiyaya pomidor göndərməyə icazə verib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumat qurumun saytında yer alır. Qeyd olunur ki, müəssisələr martın 24-dən etibarən ixraca başlaya bilərlər. Qərar birgə videomüşahidə zamanı seçilmiş nümunələrin karantin-fitosanitar ekspertizasının nəticələri əsasında və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti ilə verilib.

Xatırladaq ki, “Rosselxoznadzor” ötən il dekabrın 10-dan Azərbaycandan pomidor və alma idxalını qadağan etmişdi. Buna səbəb isə məhsullarda zərərvericilərin aşkarlanması idi. Bir müddət sonra bir neçə müəssisəyə məhsuil ixrac edilməsinə icazə verilmişdi.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir