Uzun illər rüşvət yuvasına çevirilən qurumlarda istər kadr, istərsə də stuktur islahatları bəzən ciddi müsbət tendensiya yaratmır. Əksinə aparılan islahatların fonunda bəzi qurumlarda vəziyyət olduğu kimi qalmaqdadır, yaxud daha çox “gizlənmək” hiss olunmaqdadır. Belə postlar və bundan istifadə edən məmurları saymaqla qurtarmaq olmaz.
Məsələn, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanov…
Kimdir Qüdrət Qurbanov?
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 aprel 2006-cı il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəhbəri vəzifəsinə təyin olunmuşdur.
28 fevral 2014-cü ildə Dövlət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanov Azərbaycan Yelkənli Qayıq İdmanı Federasiyasının Prezidenti seçilmişdir.
11 iyun 2018-ci ildə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin direktoru təyin edilib.
2014-cı ildən Dövlət Dəniz Administrasiyasının rəhbəri olan bu şəxsin fəaliyyəti nədən ibarət olub? Daha sonra Dövlət Dəniz Agentliyinin rəhbəri olaraq ölkəmiz üçün nə qədər faydalıdır?
Ümumiyyətlə, Dövlət Dəniz Agentliyinin rəhbəri bu qurumun daha çox gəlir əldə etməsi üçün hansı ciddi layihələr hazırlaya bilib? Nələr edib? Cəmiyyət onu neçə tanıyır? Tanıyırmı ümmiyyətlə?
Azərbaycanın Xəzər dənizi sahilində yerləşən ölkə olduğunu nəzərə alsaq paytaxt Bakını həm də liman şəhəri hesab etmək olar. Elə isə Dövlət Dəniz Agentliyi və onun rəhbəri Bakını liman şəhəri edə blibmi?
“Google” axtarış sistemində Qüdrət Qurbanov yazarkən bunların şahidi oluruq:
“Qüdrət Qurbanovun qaynı bu şəxsləri aldadtdi..”
“Qüdrət Qurbanovun özü və oğluyla bağlı ilginc dosye …”
“Qüdrət Qurbanov Azərbaycanda yığdığı pulları xaricdə …”
“Qüdrət Qurbanov Monte Karloda milyonları qumarda …”
“Qüdrət Qurbanov təşvişə düşüb”
“Qüdrət Qurbanov nə qanunları, nə də prezidenti sayır…” və sairə…
Elə isə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanov bu ölkə üçün nə qədər islahatlara cavab verən kadrdır? Bu kimi kadrlarla hansı islahatı sona qədər aparmaq olar?
Ümumiyyətlə, Dövlət Dəniz Agentliyi necə olmalıdır, hansı işləri görməlidir, islahatlarla ayaqlaşmaq üçün hansı layihələr həyata keçirməldirmi?
/bizimxeber.az/