Manşet

Bələdiyyə sədrinin qardaşı oğlu quldurluq edib? – İTTİHAM

Samuxda bələdiyyə sədrinin qardaşı oğlu quldurluq hadisəsi törədib. Cəfərov Vüqar Şahin oğlu marketlərə basqın edərək hədə-qorxu yolu ilə satıcılardan haqq təlb edib.

Samux rayonundakı mənbədən Dünyanınsəsi.Az-a verilən məlumata görə, martın 21-də iki marketdən quldurluq hadisəsi baş verib. Mənbənin iddia edir ki,marketə gələn Cəfərov Vüqar Şahin oğlu satıcılardan haqq təlb edib.Market sahibləri dərhal Daxili İşlər Nazirliyinin “102” nömrəli qaynar xəttinə zəng edərək bu barədə məlunmat veriblər.Sözügedən market sahibləri Nəsibov Sahib Zakir oğlu və Hacıyev Elnur Qalib oğlu olduğu bildirlir. Ancaq hansısa səbəblərdən bu barədə mətubata açıqlama verilməyib.

Daxil olan məlumat əsasında polis Samuxun bütün kəndlərində təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirib. Samux Rayon Polis Şöbəsinin əməkdaşları quldurluqda şübhəli bilinən şəxsi rayon ərazisində saxlamağa müvəffəq olublar.

Məlum olub ki,həmin şəxsin Samux rayon Bələdiyyəsinin sədir Xətaim Cəfərovun qardaşı oğludur. Həmçinin, Bələdiyyə sədrinin qardaşı oğlu eyni gündə Samux rayonun giriş hissəsində olan “Azpetrol” yanacaqdoldurma məntəqəsinə də eyni hərəkətləri törətdiyidə üzə çıxıb.

Hələ ki, mətbuata açqılanmayan məlumata görə hazırda hər üç fakt görə Samux rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb və faktlar üzrə araşdırma işlərinin aparılır.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir