Cəmiyyət

Zaurun 70 minlik darvazası, Yusifin “Galenvagen”i və 20 minlik mərc – Əsl şou indi başlayır

Aparıcı Zaur Kamal evinə 70 min manatlıq darvaza qoydurub. Sherg.az xəbər verir ki, bu barədə müğənni Yusif Mustafayev elə Z. Kamalın ARB TV -də yayınlanan “Həmin Zaur” verilişində aparıcının üzünə deyib. Müğənni Z. Kamalın onun atası evini çəkib göstərdiyinə görə hiddətini gizlədə bilməyib. Və aparıcıya bu sayaq əməllərindən əl çəkməyi tövsiyə edib. Aparıcı isə müğənni ilə razılaşmayaraq bildirib ki, müğənnilər pulu xalqdan qazanır və ona görə də varidatlarını deməkdən, göstərməkdən çəkinməli deyillər. Əsl şou da aparıcının bu cavabından sonra başladı.

Y.Mustafayev qəzəblə dilləndi:

– Dədəmin evi köhnəlmişdi, tamamilə söküb, yeni – ikimərtəbəli ev tikdirdim. Burada nə var ki?! Sən də evinə 70 min manatlıq darvaza qoydurmusan.

Şəxsən özüm araşdırmışam. Bundan niyə danışmırsan ki, müğənnilərin mülklərini çəkirsən.

Bu məqamda aparıcı sanki efirdə olduğunu unutdu şaqqanaq çəkib dedi:

– Ay yetim , mənim 70 min manatın haradandır ? Nə qazanıram ki… Bir maşınım var, onu da kreditlə almışam.

Bu məqamda Y.Mustafayev yenidən inadla söylədi:

-70 min manatlıq darvazanı necə almısan? Sən müğənnilərdən də imkanlısan.

Bu əsnada Z.Kamal xeyli ciddi görkəm aldı:

-Gəl, mərc kəsək, darvaza 70 min manat olsa, “Galenvagen”i mənə verəcəksən.

“Galenvagen” sözünü eşidən Y.Mustafayev yenidən özündən çıxdı:

-Haradadır “Galenvagen”, onu satmışam, indi “Hyundai Azera” sürürəm.

Aparıcı Y.Mustafayevin maşınla mərcə maraq göstərmədiyini duyub, ona 20 min manatdan mərc kəsməyi təklif etdi. Z.Kamal nə qədər israr etsə də, müğənni buna həvəs göstərmədi.

Belə gərgin “söz atışması”ndan sonra ortamı sakitləşdirmək üçün aparıcı müğənnidən bir mahnı ifa etməyi xahiş etdi.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir