“Azsığorta”da NƏ BAŞ VERİR: Rəhbərlikdə kütləvi ixtisar – sədrdən sonra müavin də çıxarıldı
“Azsığorta”nın İdarə Heyətinin daha bir sədr müavini Kamran Məmmədov da işdən çıxarılıb.
Mubahise.az-ın əldə etdiyi məlumata görə, sədr Natiq Namazovla birgə İdarə heyətinin daha bir sədr müavini Kamran Məmmədov da şirkət sahibinin qərarı ilə vəzifədən azad olunub.
Kamran Məmmədov keçmiş sədr Natiq Namazovun adamı kimi tanınıb.
Məlumatlı mənbəmizin bildirdiyinə görə, şirkət sahibini təmsil edən şəxs çıxış edərək sədr və sədr müavininin işdən çıxarılmasını elan edərkən iclasda mübahisə yaranıb. Mübahisə o vəziyyətə gəlib çıxıb ki, Natiq Namazov onun işdən çıxarılmasının qanunsuz olmasını və hətta məhkəməyə belə müraciət edəcəyini bildirib. Sədrin yerinə İdarə heyətinin yeganə üzvü Yusif Soltanov təyin edilib.
İdarə heyəti sədr və iki müavindən ibarət idi. Keçmiş sədr və bir müavinin vəzifədən çıxarıldığını və digər müavinin də sədr təyin edildiyini nəzərə alsaq, hazırda “Azsığorta”nın İdarə heyətində yalnız bir üzv var: o da sədr Yusif Soltanov.