Manşet

“Fakt Yoxla” deputatı İFŞA ETDİ – “Danışdığı mifdir”

Deputat Naqif Həmzəyev bildirib ki, dünyada mövcud olan 11 iqlim qurşağının 9-nun Azərbaycanda mövcuddur.

Arqument.az xəbər verir ki, “Fakt Yoxla” deputatın bu iddiasının doğru olub-olmadığını yoxlayıb.

“Dünyada mövcud olan 11 iqlim qurşağının 9-nun Azərbaycanda mövcudluğu, təbii sərvətlərimiz, zəngin tarixi-mədəni irsimiz, milli mətbəximiz, ölkəmizin sosial-iqtisadi inkişafı, sabitlik adasına çevrilməsi son illər dünyanın hər yerindən turistləri ölkəmizə cəlb edib”, – deputat elə deyib.

Məlumatda qeyd olunur ki, Azərbaycan şimal yarımkürəsinin 38°25′ – 41°55′ şimal enlikləri və 44°50′ – 50°51′ şərq uzunluqlarında yerləşir.

Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun coğrafiya üzrə fəlsəfə direktoru Məhərrəm Həsənov açıqlamasında deyib ki, Azərbaycan üç iqlim qurşağında yerləşir: “Ölkə ərazisinin 65 faizi subtropik, 32 faizi mülayim, 3 faizi isə soyuq iqlim qurşağına aiddir. Azərbaycanda 3 iqlim qurşağının daxilində 8 iqlim tipi var”.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Azərbaycanda 3 iqlim qurşağı və 8 iqlim tipi var və deputatın açıqlaması mifdir.

Naqif Həmzəyev Milli Məclisinin V və VI çağırış deputatı (2015, 2020), YAP-ın Gəncə şəhər təşkilatının sədridir.

O, uzun müddət mediada Rəsulzadəni təhqir edən deputat kimi gündəmdə olub.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir