Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 1 129 yeni yoluxma faktı qeydə alınıb, 349 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 22 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 257 330 nəfər koronavirus infeksiyasına yoluxub.
Onlardan 236 500 nəfər müalicə olunaraq sağalıb, 3 513 nəfər vəfat edib, aktiv xəstə sayı 17 317 nəfərdir.
Ölkədə son sutka ərzində 7630, hazırkı dövrədək isə 2 844 674 test aparılıb.