Baku Medikal Plazanın Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Mərkəz Filialının Qadın xəstəlikləri və doğum şöbəsinin həkimi Nigar Əsgərovanın hərəkətləri nəticəsində vətəndaşın sağlamlığımın ağır və uzun müddətə pozulbmasına səbəb olan xəsarət yetirilib.
AzFakt.com xəbər verir ki, xəstəxanada doğuş əməliyyatını həyata keçirib. Lakin cərrahiyyə əməliyyatı tam və düzgün icra edilmədiyi üçün vətəndaşa “aralıq nahiyyədə, daha çox sağda, ölçüləri 28x23x27 mm hissəvi boşalmış (hava qabarcıqları ilə) yığıntı-abses” ilə müşaiyət olunan xəsarət yetirilib.
Vətəndaş Nigar Əsgərovanın səhlənkarlığı və sağlamlığa zərər vurması ilə bağlı müxtəlif orqanlara şikayətlər edib. Lakin Nigar Əsgərova himayəsində olduğu vəzifəli şəxslərin köməyindən və öz maddi imkanlarından istifadə edərək əməllərini davam etdirir.
Vətəndaş redaksiyamıza müraciət edərək Baku Medikal Plazanın Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Mərkəz Filialının Qadın Xəstəlikləri və Doğum Şöbəsinin həkimi Nigar Əsgərovanın ümumiyyətlə həkim kimi səlahiyyətlərinin olub-olmamasının, həmçinin onun ətrafında olan və bütün bu özbaşınalıqları müdafiə edən vəzifəli şəxslərin kimliyinin araşdırılmasını xahiş edib.