Manşet

Azərbaycanda peyvənd düz vurulmur?: Sənəddə iki qeyd bir-birini təkzib edir: – TƏBİB məlumatsız, Səhiyyə Nazirliyi etinasızdır

Xəbər verdiyimiz kimi, 3 apreldə 3 saylı şəhər poliklinikasına müraciət edən şəxslərə birinci doza vurulduqdan sonra verilən sənəddə növbəti dozanın 1 mayda, yəni 28 gün sonra vurulacağı qeyd olunub.

Amma elə həmin sənəddə iki doza arasındakı müddətin 28 yox, 21 gün olmasına dair xüsusi qeyd yer alıb. Qeyddə o da vurğulanıb ki, müddət keçərsə, peyvəndin əhəmiyyəti itirir, immunizasiya prosesi ləngiyir və risk yaranır.

Bu isə peyvənd üçün müraciət edən şəxslərdə narahatlıq yaradıb.

Maraqlıdır ki, əgər ikinci dozanın birincidən 28 gün sonra vurulması nəzərdə tutulursa, o zaman poliklinikaların verdiyi sənəddə bu müddət niyə 21 gün olaraq göstərilir?

Bu sənədlər sonda möhürlənir və peyvənd olunan şəxsə verilir, deməli, həm də hüquqi sənəd hesab olunacaq.

Nəzərə alsaq ki, ölkələrin ancaq peyvənd kağızı olan şəxsləri ölkələrinə buraxacaqlarına dair ciddi müzakirələr var, o zaman bu sənədlər təqdim olunanda tarixlərdəki fərqə görə həmin şəxs problem yaşamayacaqmı?

Bu, texniki səhvdirsə düzəldilməlidir. Əgər texniki səhv deyilsə, o zaman peyvənd Azərbaycanda düz vurulmur.

Cebhe.info bununla bağlı TƏBİB-ə müraciət etsə də, sorğumuza cavab olaraq bildirilib ki, məsələ Səhiyyə Nazirliyinin nəzarətindədir:

“Bakı şəhəri üzrə vaksinasiyanı Səhiyyə Nazirliyi edir”.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Mətbuat katibi Pərviz Abubəkirovlə əlaqə saxlamaq istəsək də, o, hər zaman olduğu kimi bu dəfə də mətbuatdan qaçıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elvin Hacıyev isə sualımızla tanış olsa da, cavablandırmayıb.

Bu isə peyvəndləmə ilə bağlı yaranan narahatlığı daha da artırıb.

Azərbaycanda peyvənd düz vurulmur?: Sənəddə iki qeyd bir-birini təkzib edir:
Azərbaycanda peyvənd düz vurulmur?: Sənəddə iki qeyd bir-birini təkzib edir:

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir