Manşet

Neftçalada kimlər narazılıq yaradır… – İDDİA

Sübh kəndi Neftçala rayonunun şərqində yerləşməklə rayon mərkəzindən 25 km aralıdadır.
Burada məskunlaşmış əhalinin əsas məşğuliyyəti balıqçılıq və maldarlıq olub. Sovet dönəmində kənddə yerləşən balıqartırma zavodu fəaliyyət göstərirdi ki, kəndin əmək qabiliyyətli əhalisinin böyük əksəriyyəti bu zavodda işləyirdi. Sonradan bu zavodun fəaliyyətinin dayanması səbəbindən kənd əhalisinin yeganə dolanışıq yeri məhz maldarlıq oldu. Bu kəndi rayonun digər kəndlərindən özəl tutan bir cəhət də, təxminən hər iki evdən evdən birində Qarabağın azadlığı uğrunda aparılan birinci və ikinci Qarabağ müharibəsində şəhid olan Vətən övladlarımızın olmasıdır. Kənd əhalisindən bir qrup vətəndaş ərizə ilə gundelik-baku.com-un redaksiyasına müraciət edərək, kəndin örüş sahəsinin rayonun digər kənd və qəsəbələrindən gətirilmiş iri və xırda buynuzlu davarlar tərəfindən məhv edilməsi səbəbindən , yem qıtlığının yaranması nəticəsində kənd əhalisinin mal-qarasının kütləvi məhv olması, bu barədə rayonun icra hakimiyyətinin başçısı cənab Mirhəsən Seyidov başda olmaqla bütün icra strukturlarına yazılı, şifahi müraciətlərinin olmasına baxmayaraq konkret tədbir görülməməsini bildirərək, bu məsələnin qəzetimiz vasitəsi ilə ictimailəşdirilərək respublika rəhbərliyinə çatdırılmasında köməklik göstərilməsini xahiş etmişdir. Biz də bu ərizənin araşdırılması üçün kəndə yollandıq. Kəndi rayon mərkəzi ilə birləşdirən yolun 2-3 km hissəsi istisna olmaqla qalan hissənin asfalt örtüyünün yeni çəkilməsi diqqətimizi cəlb etdi. Lakin 25 km yolda dayanacaqların olması faktı ilə maraqlandıqda bizə bildirdilər ki, yol boyu sovet dönəmindən qalmış yerləşən dayanacaqlar inzibati ərazi nümayəndəliyi və bələdiyyə tərəfindən sökülüb aparıldı və söz verildi ki, burada yeni dayanacaqlar quraşdırılacaq. Lakin “yeni” dedikləri dayanacağın (əgər bu sınıq-salxaq dəmir konstruksiyanı dayanacaq adlandırmaq olarsa) vəziyyətini görəndə artıq bu kəndin istər bələdiyyəsini, istərsə də inzibati ərazi nümayəndəliyinin kəndə olan “yanaşması” haqda təsəvvürümüz yarandı. Necə deyərlər, görünən kəndə nə bələdçi?! Uzun sözün qısası, yarım saatlıq yoldan sonra (dədə-baba bu kəndin əhalisi yola km-lə yox, zamanla ölçüblər) Sübh kəndinə çatıb, ərizədə imzası olan Cəbrayılov Kamal Nurməmməd oğlu ilə görüşdük. Müsahibimiz bildirdi ki, kənd əhalisinin mal-qarası, yerli əhalinin “ada” adlandırdığı, Kür çayının bir qolu olan və kənd əhalisinin Bala Kür adlandırdığı çayın üzük qaşı kimi çevrələdiyi təxminən 1500 ha yaxın ərazidə bəslənir. Bir-neçə ildir ki, bu əraziyə kənd camaatına məxsus olmayan minlərlə başdan artıq iri və xırda buynuzlu mal-qara gətirib ki, bu da ərazidə örüş sahəsinin məhv olmasına səbəb olub. Kamal Cəbrayılov bildirdi ki, yaranmış problem barədə 2017-ci ildən rayon rəhbərliyinə müraciətlər etsələrdə dərdlərinə dərman edən tapa bilmirlər. 2020-ci ilin fevralında məlum hadisələrdən sonra rayon rəhbərliyi dəyişdikdə onlarda ümid yaranıb ki, rayonun yeni icra başçısı yaranmış problemin həllində onlara yardımçı olacaq. Müsahibimiz bildirdi ki, lakin onların bu ümidləri ötən bir il ərzində hələ ümid olaraq da qaldı. O, bildirdi ki, dəfələrlə icra hakimiyyətinin yeni başçısı cənab Mirhəsən Seyidova yazılı-şifahi müraciətləri olsa da, nə onlayn, nə də üzbəsurət olu qəbul edib, dərdiyi dinləyən olmayıb. Ərizələrinədə şöbə müdirinin müavini A.Quliyevin imzası ilə verilən cavablar, yalnız cavab xatirinə yazılmış, problemlə uzaqdan-yaxından əlaqəsi olmayan söz yığınından başqa bir şey olmayıb! Burada bir haşiyə çıxaq ki, bu şöbə müdirinin müavini A.Quliyev Neftçala rayon İH-də hansı səlahiyyətə malikdirsə rayon əhalisinin 70-80 faizinin ərizə və şikayətlərinə verilən “cavablar” bu məmurun imzası ilə gəlir?! Daha sonra Kamal Cəbrayılov bildirdi ki, bu ərazidə saxlanılan davarların böyük əksəriyyəti məhz Neftçala rayon İH-də işləyən məmurlara aid olduğundan onlar çox güman ki, problemi icra başçısı Mirhəsən Seyidova çatdırmırlar, yaxud çatdırsalar da, tam başqa aspektdə çatdırırlar. Əks təqdirdə bu ərazidə mal-qaranın kütləvi tələf olması faktını təsdiq edən rəsmi sənədlərin olmasına baxmayaraq, konkret tədbir görülməməsini necə izah etmək olardı?! Bir sözlə kənd əhalisi ya vəlvələdən, ya zərzələdən üç ildən çoxdur ki, əziyyət çəkdikləri problemdən, bu gündə əziyyət çəkməkdə davam edirlər. Nəticədə isə qida təhlükəsizliyinin təmin edilməsində mühüm rolu olan maldarlıq, bu ərazidə artıq yox olmaq təhlükəsi ilə üz-üzə qalıb! Biz isə ümid edirik ki, yaranmış problemin qəzetimizdə işıqlandırılmasından sonra, bəlkə əlaqədar təşkilatların kənd əhalisinə olmasa da, acından ölən dilsiz-ağızsız mal-qaraya yazığı gələr və problemin həlli üçün əllərini demirik, barmaqlarını-barmaqlarına vurarlar!
P.S.Kür çayının suyu yenə də şorlaşmağa başladı.
P.S.S. Neftçalanın örüş yerləri Cənub zonası rayonlarının icra başçıları tərəfindən neçə ildir ki, zəbt olunub. Yəni bir neçə rayonun icra başçısının heyvandarlıq fermaları Neftçaladadır. Və buna görə, həmin rayonunn icra başçıları keçmiş icra başçısı, hazırda həbsxana həyatı yaşayan İsmayıl Vəliyevə “örüş pulu” verirdilər. Bu qayda indi də davam edir.
Bu barədə növbəti yazıda.
 //gundelik-baku.com//

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir