Manşet

Heydər Əsədovu qoruyan GİZLİ ƏL… – KİMDİR?

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun həbsi bir çox nazirləri ciddi qorxuya salıb.
Onlardan biri də Səlim Müslümovun ən yaxın dostu Heydər Əsədovdur.
Sovet Ticarət Texnikumunu bitirən bu adam hər şeyə “tacir-tüccar” kimi yanaşır.
Uzun müddət maliyyə nazirinin müavini, sonra Hesablama Palatasının sədri, daha sonra Kənd Təsərrüfatı naziri və hazırda Dövlət Dəniz Akademiyasının rektoru işləyən Heydər Əsədovun əməlləri heç də dostu Səlim Müslümovun əməllərindən az deyil, əslində daha çoxdur.
İlk sualımız budur ki, köhnə ticarətçi, sonradan mühasib olan Heydər Əsədovun Dəniz Akademiyasına nə aidiyyəti ola bilər ?
Heydər Əsədov uzun müddət Hesablama Palatasının sədri olub. Hesablama Palatası bütün dövlət qurumlarını yoxlayır, dövlət vəsaitinin düzgün xərclənməsini araşdırır və nəticəni birbaşa Baş prokurorluğa göndərir.
Bəs onda ortaya suallar çıxır. Hazırda nazirlər, icra başçıları və digər qurumların rəhbərləri məhz külli miqdarda yeyintiyə görə həbs olunurlar. Bəs, görəsən, Heydər Əsədov neçə ildə hara baxırmış ?
Əlbəttə, Heydər Əsədov həmin məmurlarla şərik idi.
Sonra Heydər Əsədov Kənd Təsərrüfatı naziri oldu. Axı, bu adamın aqrar sahəyə heç bir dəxli yoxdur. Bu bilirsiniz nəyə oxşayır ? Zootexniki Metropolitenə rəis qoymağa.
Heydər Əsədov nazir olduğu dönəmdə aqrar sahəyə, sahibkarlara, fermerlərə ayrılan milyonlarla dövlət vəsaitini talayıb.
Konkret olaraq subsidiyalarla bağlı məsələ bu gün də araşdırılsa, Heydər Əsədovu həbs gözləyir.
Hətta müşavirədəki çıxışında cənab Prezident İlham Əliyev məhz subsidiyalar məsələsini dönə-dönə vurğulamışdı.
Heydər Əsədovun oğlunun Londonda milyonluq mülkləri, bahalı avtomobilləri və üstəlik vətəndaşlığı.
Bunları cavan oğlan nə ilə əldə edib ? Əlbəttə, Heydər Əsədovun korrupsiyadan qazandığı milyonlarla.
Bəs onda Heydər Əsədov niyə həbs olunmur ?
Niyə, Heydər Əsədova və onun qudası keçmiş nəqliyyat naziri Ziya Məmmədova qarşı cinayət işi açılmır ?
Yəqin ki, yaxın zamanda bu suallara cavab tapılacaq.
 //gundelik-baku.com//

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir