Bu gün dahi mütəfəkkir, yazıçı, dramaturq , publisist, həkim, Nəriman Nərimanovun doğum günüdür
N.Nərimanov 1870- ci il aprel ayının 14- də Tbilisi şəhərində anadan olmuşdur. 1890- cı ildə Qori seminariyasını, 1908- ci ildə Odessa universitetinin tibb fakültəsini bitirmişdir. Ədib, ictimai xadim var qüvvəsilə millətinin rifahı , maariflənməsi üçün çalışmışdır. Gənc yaşlarından Bakı şəhərində kitabxana açmağa nail olmuşdur ki, milləti maariflənsin, cəhalətdən ayılsın. Türkiyə ilə ilk rəsmi münasibətlərə imza atmış, qardaş ölkənin çətin məqamında maddi, mənəvi köməklik göstərmiş, Atatürkün rəğbət və sevgisini qazanmışdır. Nərimanov nüfüzüna, adına xələl gətirmək istəyənlər istəklərinə nail ola bilmədilər. Nərimanov şəxsiyyəti bu gün də, hörmət və rəğbətlə anılır.
Yaxın günlərdə Nərimanovun gürcü dilinə tərcümə edilmiş “Nadanlıq” Nadir Şah” “Bahadır və Sona” əsərlərinin Tbilisi şəhərində M.F. Axundovun mənzil muzeyində təqdimat mərasimi keçirilmişdir.Layihənin və ön sözün müəllifi iqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva, tərcüməçi filoloq Oktay Kazımovdur. Kitab iki dildə Azərbaycan və Gürcü dilində işıq üzü görmüşdür.
Zirveyolu.info