Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun qələbə qazandığı 44 günlük Vətən müharibəsindən şəxsi mənafeləri üçün yararlanan işbazların olması barədə mediada xeyli yazılar yazılıb.
Xalqımızın möhtəşəm qələbəsinə kiçik də olsa kölgə salan hadisədən biri də məlumata görə Bərdə rayonunda yerləşən Qarabağ Aqrar Sənaye Kompleksinin rəhbərliyi tərəfindən həyata keçirilib.
AzFakt-ın əldə etdiyi məlumata görə Ermənistan ordusu üzərində qələbədən sonra düşmən işğalından azad edilmiş ərazilərimizdən xeyli sayda iribuynuzlu mal-qara və eləcə də 150 yeşiyə yaxın arı Qarabağ Aqrar Sənaye Kompleksinə gətirilib.
Maraqlıdır ki, bir müddətdən sonra bütün arı yeşikləri Kompleksin həyətindən “yoxa” çıxıb.
İddialara görə arı yeşikləri Qarabağ Aqrar Sənaye Kompleksinin rəhbəri Vahid Rzayev tərəfindən ərazidən götürülərək qapısına aparılıb.
Kənd Təsərrüfatı Nazirliyinə isə arı ailələrinin qırıldığı barədə məlumat verilib.