Manşet

Sahil Babayev 1000 manata portret alır – ŞÜBHƏ…

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “De Tal” MMC ilə satınalma müqaviləsi imzalayıb. REPORTYOR.info xəbər verir ki, maliyyə dəyəri 1180 AZN olan müqavilədə portretlərin satin alınması nəzərdə tutulur.

İqtisadiyyat Naziliyi yanında Dövlər Vergi Xidmətinin kommersiya qurumlarının dövlət reyestri məlumatlarında göstərilir ki, “De Tal” MMC 18 iyun 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Abdulvahab Salamzadə küçəsi, ev 2, mənzil 78-də yerləşir. MMC-nin qanuni təmsilçisi isə Alıyeva Aynur Rahid qızıdır.

Aşıq mənbələrdə 3 ildir fəaliyyət göstərən “De Tal” MMC və onun qanuni təmsilçisi barədə hər hansı məlumat yoxdur.

Araşdırmalarımız zamanı isə bəlli olub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun tabeliyində fəaliyyət göstərən qurumlar vaxtaşırı “De Tal” MMC ilə satınalma müqaviləsi imzalayır. Məsələn, ötən il nazirlik toplam maliyyə dəyəri 18 979.47 AZN iki müqavilə imzalayıb. Hər iki müqavilədə mətbəə məhsullarının satin alınması nəzərdə tutulur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti əmək kitabçalarının satın alınması üçün “De Tal” MMC ilə 34 000 manatlıq müqavilə imzalayıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir