Nəhayət, belə bir görüntünü paylaşmaq və görmək nəsibimiz oldu. İşğal altında olan torpaqlarımız vətənə qovuşdu. 30 ildən sonra millət də, torpaq da, böyük də, kiçik də hamı bayram etdi.
Hərbi qənimətlər parkı 12 aprel tarixində açılıb. Dənizkənarı Milli Parkda yerləşir. Park ordumuzun ikinci Qarabağ savaşında qazandığı qələbəyə həsr olunub. Saat 10:00-dan 18:00-dək vətəndaşların ixtiyarındadır. Ermənistana məxsus tank, qurğular, müharibə texnikası və düşməndən əldə edilmiş digər qənimətlər nümayiş etdirilir.
Xalqımız parka ruh yüksəkliyi ilə üz tutur. Ordumuzun şücaətinə, qəhrəmanlığına şahid olurlar. Valideynlər azyaşlı uşaqlarını gətirib, düşmənin acı məğlubiyyətini göstərir, qələbəzmizlə fəxr edir, qürur duyurlar. Belə ailələrdən biri də Ağabalayevlər ailəsidir. Üç yaşlı Elcana hərbi paltar geydirib parka gətiriblər. Elcan da gələcəyin əsgəri, qəhrəmanıdır.
Yəqin müharibə zamanı eşitmişdiz, erməni əsgərləri fərarilik edir, döyüşlərdən qaçırlar, çünki türkün qarşısında tab gətirə bilməyəcəklərini anlayırdılar, erməni əsgərlərin əllərini zəncirlə bağlayırdılar ki, qaçmasınlar.
Erməni hərbçilərinin mıxdan asılmış papaqlarını görməyin zövqünü isə sözlərlə ifadə etmək çətindir. Didərgin salınmış millətimin, yetim qalan körpələrin qisası 30
ildən sonra ancaq belə ola bilərdi. Həmin körpələr bu gün düşmənin rəzilcəsinə məğlubiyyətini reallaşdırdılar.
Hərbi Qənimətlər Parkında könüllülük edən tələbələrlə söhbətimiz zamanı bildirdilər ki, fəxrlə bu missiyanı həyata keçirirlər. Burada könüllü olmağın qürurverici olduğunu vurğuladılar.
Qarabağ Azərbaycandır!
Zirveyolu.info