Cəmiyyət

Yasamalda bayraqlar necə təhqir olundu?- BİABIRÇILIQ

Azərbaycan bayrağı ilə yanaşı qardaş ölkənin bayrağıda təhqir olundu.

Bu barədə dosye.org-a fotofakt təqdim edən izləyicimizin iddialarına görə, xeyli müddətdir ki, hər iki dövlətin bayraqları ən ağır formada təhqir olunub.

Bayrağımızın təhqir olunduğu ünvan heç də ücqar bir rayonu əhatə etmir. Bakı şəhəri Yasamal rayonu 7-ci Sallaxxana deyilən ərazi demək olar ki, aidiyyətli qurumlar tərəfindən nəzarət edilmir. Əks təqdirdə bayraqlar təhqir olunmazdı.

Görünür, Yasamal RIH başçısı Elşad Həsənov göstərilən ünvanı belə tanımır. Əslində, icra başçının ərazini tanımaqda qəbahət bir şey yoxdur. Ən böyük qəbahət odur ki, əraziyə nəzarət edən qurum və qurumlar həvalə olunan işın öhtəsindən gələ bilmirlər. Amma bu o demək deyil ki, rayonun icra başçısı E. Həsənov məsüliyyət daşımır. Əlbətdə ki, bayraqların belə bir formada təhqir olunmasinda məsüliyyət bir başa rayon rəhbərliyinin üzərindədir. Etiraf etmək lazımdır ki, Yasamal rayon ərazisində nazirliklər və digər qurumlar fəaliyyət göstərir. Bütün sadaladıqlarımiz bir daha sübüt edir ki, rayon ərazisində nəzarət yoxdur. Lakin bayrağımızın təhqir olunmasında Yasamal RIH başçısı Elşad Həsənovun məlumatsız olduğu isə şübhələr doğurur. Deməli, icra başçısı ona etibar olunan işi icra edə bilmir. Mövzüya yenidən qayıdacayıq…

DOSYE.ORG

 

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir