Zirveyolu.info türk mediasına istinadən xəbər verir ki, “English Daily Telegrapy” qəzeti ingilislərin 2021-ci ildə bir nömrəli turizm seçiminin Türkiyə olacağını yazdı. Turizm naziri Ersoy İngiltərədən gələn tətilçilər üçün karona pasportunun lazım olmayacağını və 15 apreldən etibarən PCR testi məcburiyyətinin də gərəkməyəcəyini vurğuladı. Xəbərdə İngilis sterlinqinin 10 teleni keçməsi səbəbindən, Türkiyədə tətil möhtəşəm olmaqla yanaşı, həm də, çox ucuz başa gələcək. Digər tərəfdən İspaniyanın məşhur tətil adası Mollarcanın Berlin rəhbərliyi tərəfindən yüksək riskli siyahıdan çıxarılması səbəbindən Alman turistlərin Aralıq dənizinə səfər etməsi gözlənilir. Tələbat çox olduğu üçün otellərin tez açılacağı İspaniyada təyyarə biletlərinin qiyməti üç dəfə artıb. İspaniya səlahiyyətliləri turizmin artmasından şad olsalar da, Almaniyada sürətlə artan covid 19 -un işlərinə mənfi təsirindən çəkinirlər.