Manşet

Kamil Zeynallı qazilərin mesajlarını paylaşdı

 

Zirveyolu.info xəbər verir ki, tanınmış idmançı Kamil Zeynallı özünün instaqram səhifəsində qazilərin ona ünvanladığı mesajları və səs yazılarını paylaşıb, qeyd edib ki, qazilərə və müharibə iştirakçılarına yetərincə diqqət və qayğı göstərilmir. Qazilərə qarşı diqqətsizliyə görə bəzi qurumları günahlandıran Kamil Cənab Prezident İlham Əliyevin tapşırıqlarına düzgün əməl olunmadığını vurğulayıb. Xahiş edib ki, səs yazısının və mesajların ölkə başçısına, I Vitse-Prezident Mehriban xanıma və Leyla xanım Əliyevaya çatması üçün onların səhifələri işarə edilsin. Prezident İlham Əliyevin şəhid və qazi ailələrini həmişə diqqətdə saxladığını vurğulayan idmançı bəzi qurumlara görə dövlətimizin adına söz gəlməsini istəmir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir