Zirveyolu.info Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Saakaşvili Gürcüstana qayıdacağı tarixlə bağlı açıqlama verib. “Heç vaxt dəqiq gələcəyimi söyləməmişəm, indi konkret olaraq deyirəm, referenduma qədər gələcəyəm, mütləq gələcəyəm, təyyarəylə və ya başqa bir nəqliyyat vasitəsilə Gürcüstanda olacağam. Buna görə Gürcüstanda mütləq çoxluq təşkil edən tərəfdarlarımıza, hər kəsdən buna hazırlaşmağı, qərargah qurmağı xahiş edirəm. Rusların əmri ilə tamamilə ədalətsiz cinayət işləri ilə günahlandırıldım. Ümid edirəm ki, yaxın aylarda Strasburq məhkəməsində qalib gələcəyəm”-Gürcüstanın eks prezidenti Mixail Saakaşvili.