Manşet

Görün, məhkəmələr vətəndaşı nə günə salıb – VİDEO

Məhkəmələr məni ölümə sürükləyir.Atamın,anamın əl qabarı ilə qazandıqları mülklər əlimdən alınır. Şəki Apellasiya Məhkəməsinin və Ali Məhkəmənin çıxardığı qərarlar isə sadəcə biabırçılıqdır.
Kanal32.az-ın redaksiyasına müraciət edən aztəminatlı ailə başçısı(pinəçi), 3 azyaşlı uşaq (biri 1-ci qrup əlil-xüsusi qayğıya ehtiyacı olan) atası, cavabdeh Mustafayev Nahid Şahid oğlu bildirir ki, iddiaçı-vəfat etmiş qardaşımın həyat yoldaşı Mustafayeva Amaliya Rasim qızı 2018-ci ildə heç bir hüquqi əsas söykənməyən iddialar əsasında məni mülki qaydada məhkəməyə vermiş, Mingəçevir 2 saylı Notariat Kontoru tərəfindən 17.03.2010-cu il tarixdə verilmiş, reyesterdə 2v-39 nömrə ilə qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab edilməsi, ona vərəsəlik hüququnun tanınması və miras-pay bölgüsü haqqında qətnamə çıxarmasını xahiş etdmişdir. Mingəçevir Şəhər Məkəməsi (hakim Ələkbər Hüseynov) çıxardığı 13.09.2018-ci il tarixli 2(051)-1800/2018 nömrəli qətnamə ilə iddiaçının tələblərini rədd etmişdir.Qətnamədən narazı qalan iddiaçı hüuqlarından istifadə edərək sözügedən qətnamədən apellasiya şikayəti vermiş və Şəki Apellyasiya Məhkəməsi onun şikayətini qismən təmin etmişdir. Mən cavabdeh kimi bu qətnamədən narazı qalaraq Azərbaycan Respublikası Ali Məhkəməsinə kasasiya şikayəti verdim və Ali Məhkəmənin Mülki Kollegiyası 29.05.2019-cu il tarixli 2(102)-3658/2019 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin qətnaməsini dəyişdirmədən qüvvədə saxlamışdır.

Şikayətçi Nahid Mustafayev onu da bildirir ki, mən 3 uşaqlı ailənin kiçik oğluyam. Milli dəyərlərə uyğun olaraq valideynlərim vəfat edənə kimi mənimlə yaşayıb. Atam Mustafayev Şahid Əhməd oğlu və anam Mustafayeva Qənifə İsa qızı Mingəçevir Şüşə-mahlıc zavodunda çalışıblar. Onlara 1974-cü ildə şəhərin A.Məmmədov küçəsi 9, mənzil 5 ünvanında 2 otaqlı mənzil verilib. Həmin mənzil 11 iyun 2004-cü ildə bizim-anamın və övladlarının razılğı ilə atam Mustafayev Şahid Əhməd oğlunun adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. Bundan başqa 19.02.1997-ci ildə anam Mustafayeva Qənifə İsa qızının adına Nizami küçəsi 5 ünvanında yerləşən 2 otaqlı mənzil də almışıq. 17 mart 2010-cu ildə anam və mən atamın adına olan A.Məmmədov küçəsi 9, mənzil 5 ünvanındakı evə notariat qaydasında vərəsəlik açılmış, 01.10.2010-cu il tarixdə isə Dövlət Reyestr “Çıxarış”ını almışıq. Qardaşım Mustafayev Şahabuddin Şahid oğlu 2004-cü ildə Mustafayeva Amaliya Rasim qızı ilə nikaha girmiş və aldığımız mənzilə gəlin gəlmişdir. Birgə nikahları dövründə övladları olmamışdır. 22 noyabr 2007-ci ildə atam, 18 noyabr 2013-cü ildə anam, 24 mart 2018-ci ildə isə qardaşım vəfat etmişlər. Qardaşımın vəfatından sonra Mustafayeva Amaliya Rasim qızının bizə olan münasibəti birdən-birə kəskin şəkildə dəyişmiş və o, bir ildən sonra valideynlərimin qazancı ilə alınmış hər iki mənzildən mülk əldə etmək iddiasına düşmüşdür. Baxmayaraq ki, o mənzillərin heç biri onun mərhum qardaşımla birgə nikahları dövründə alınmayıb. Onun bu qanunsuz iddiası Mingəçevir Şəhər Məhkəməsinin hakimi Ələkbər Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə prosesində rədd edilmiş və iddiasının təmin olunmaması ilə bağlı qətnamə çıxarılmışdır.

Görün, məhkəmələr vətəndaşı nə günə salıb

Bütün instansiya məhkəmələrinə və yuxarı orqanlara yüzlərlə məktub göndərən Nahid Mustafayev son ümid yeri ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya üzləşdiyi haqsızlıqla bağlı videomüraciət edib.

Şikayətçi Nahid Mustafayev onu da qeyd edir ki, iddiaçı Mustafayeva Amaliya Rasim qızı mərhim qardaşıma məxsus olan “Ford-Fokus” marakalı 45-BH-958 dövlət nömrə nişanlı bahalı minik avtomobilini qanunsuz yolla sataraq mənimsəmişdir. Buna rəğmən o, qardaşımla birgə nikahları dövründə heç bir mülk alınmadığı, valideynlərimin hüquqi vərəsəsi olmadığı halda mənə qarşı mülk iddiası qaldırmışdır. Ancaq bacımın həmin vərəsəlikdən pay almaq hüququ olduğu halda onun haqqı tanınmamışdır. Dövlətin müvafiq qurumu olan Notariat Kontoru tərəfindən rəsmi qaydada açılmış vərəsəlik, eyni zamanda Dövlət Reyestr Xidmətindən verilmiş “Çıxarış”ın qanunsuz iddia əsasında Şəki Apellyasiya Məhkəməsinin hakimi İnşallah Quliyevin çıxardığı qətnamə və Ali Məhkəmənin hakimi Qəhrəman Allahverdiyevin çıxardığı qərarla ləğv edilmişdir.

Şəki Apellyasiya Məhkəməsinin qətnaməsində və Ali Məhkəmənin Mülki Kollegiyasının qərarında iddiaçının şikayətinin təmin olunması zamanı qanunvericliyin tələbləri kobud şəkildə pozulmuş, işin mövcud halları düzgün dəyərləndirilməmiş və hüquqi cəhətdən araşdırılmamışdır. Nəticədə bəzi qanunvericilik aktlarının tələbləri nəzərə alınmamış, prosesual qaydalara riayət edilməmiş və kobud hüquqpozmalara yol verilmişdir.

Kanal32.az

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir