Səhiyyə

Yoluxanların sayı 2 mindən aşağı düşdü

Azərbaycanda bu gün koronavirus infeksiyasına 1 809 yeni yoluxma faktı qeydə alınıb, 2 191 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

Son sutkada 33 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 309 789 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 274 766 nəfər müalicə olunaraq sağalıb, 4 307 nəfər vəfat edib.

Aktiv xəstə sayı isə 30 716 nəfər olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 097, bu günə qədər isə ümumilikdə 3  164 974 test icra olunub.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir