Manşet

“Semaşko”nun rəhbəri işdən qovuldu – Yeni təyinat

1 saylı Kliniki Tibbi Mərkəzin (“Semaşko”) direktoru İlham Qafarov işdən çıxarılıb.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı müvafiq əmr imzalayıb.

TƏBİB-dən bildirilib ki, onun yerinə Mingəçevir Şəhər Mərkəzi xəstəxanası publik hüquqi şəxsin direktoru Könül Ələkbərov təyin olunub.

İlham Qafarov 1 saylı Tibbi Klinik Mərkəzin direktor muavini vəzifəsinə keçirilib.

Qeyd edək ki, Könül Ələkbərov Azərbaycan Tibb Universitetinin məzunudur. 2008-ci ildə Prezidentin sərəncamına əsasən, “Əməkdar həkim” fəxri adı ilə təltif olunub.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir