Son vaxtlar Taksi xidmətlərindən artan narazılıqları eşidirik. Pul qazanmaq yaxşı şeydir, lakin vətəndaşı razı salaraq pul qazanmaq. İndi taksi xidmətində işləyənlər Bakı şəhərini tanımır ya da qulaqları yaxşı eşitmir. Onları maraqlandıran yeganə şey şirkətə çatacaq faizdir. Müştəri ilə sürücü arasında yaşanan anlaşılmamazlıqlar şirkəti qətiyyən maraqlandırmır. Ucuz xidmət edirik, deyib, müştərini əlavə xərcə salmaqdan zərrə qədər çəkinmirlər. Məsuliyyətsizliklərini ört-basdır eləmək üçün insanı borclu çıxarırlar.
Aprel ayının 26-sı 2111 taksi xidmətinə zəng vurub Nəsimi metrosu yaxınlığındakı Qara Qarayev küçəsinə taksi sifariş etdim. İşdən yorğun çıxdığımdan maşında yuxulamışam, gözümü açanda Koroğlu metrosu yaxınlığında olduğumu gördüm. Sürücüyə sual verəndə ki, hara gedirik? Xanım, siz taksini Qara Qarayev metrosuna sifariş etməmisiz? Deyə, soruşdu. Mən isə Qara Qarayev metrosuna deyil, küçəsinə sifariş etdiyimi bildirdim. Artıq iş işdən keçmişdi. Burada nə sürücünün günahı var idi, nə mənim. Günahkar isə faiz güdən, müştəriyə biganə yanaşan işçilərin idi. Zəng vurdum yenidən şirkətə dedim, axı mən Qara Qarayev metrosuna deyil, küçəsinə taksi sifariş etmişəm. Cavablarında “ şikayətiniz qeydə alınıb” dedilər.
Ünvana çatmaq üçün əlavə ödəniş etdim. Şirkətin səhvini müştəri ödəyir.
Həm vaxtımı, həm əlavə pulumu itirdim.
Xahiş edirəm, taksi xidmətləri ilə ölçü götürülsün!
Güliyeva Nərmin