Zirveyolu.info Sputnik Armenia saytına istinadən xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan nazirləri karonavirus əlehinə peyvənd olunmağa məcbur edir. Ölkədə peyvənd olunanların sayının kəskin az olduğunu qeyd edən Paşinyan hökümət üzvlərinə bir həftə ərzində peyvənd olunmağı əmr etdi. Baş nazirin müavini Tigran Avinyan və Səhiyyə Nazirliyinin rəhbəri Anahit Avenasyan Covid-19-a qarşı peyvənd olundular.
Bu günə qədər Ermənistanda yalnız 2690 nəfər peyvənd olunub.