May ayının 3-ü jurnalistlər, media işçiləri üçün xüsusi önəm kəsb edən gündür.
1991-ci ilin mayın 3-də Namibiyanın paytaxtı Vindhukda seminara toplanan jurnalistlər azad informasiya vasitələrinə yardımçı olmaq məqsədilə bütün dünyada mətbuat azadlığının təmin olunmasına səsləyən “Vindhuk Bəyannaməsi” ni qəbul ediblər. Bununla əlaqədar BMT Baş Assambleyası 1993-cü ildə 3 may tarixini Beynəlxalq Söz və Mətbuat Azadlığı Günü kimi qeyd etmək barədə qərar qəbul edib.
Bu gün bütün dünyada senzuranın yol verilməzliyi, həbsdə olan jurnalistlərin azad olunması, təzyiqlərə və təqiblərə məruz qalan media işçilərinə qarşı kobud və qanuna zidd hərəkət edənlər barədə müzakirələr aparılır. Media nümayəndələri üçün önəm kəsb edən gün artıq 28 ildir qeyd edilir.
Mətbuat və Söz azadlığımız əbədi olsun!
Zirveyolu.info