Manşet

Beynəlxalq agentliyin manat açıqlaması: Riskdən xəbər verir? – TƏHLİL

“S&P Global Ratings” (“S&P”) beynəlxalq reytinq agentliyi “Azərenerji” ASC-nin əsas risklərini sadalayıb.

Məlumata görə, əsas risklərdən biri manatın məzənnəsinin potensial volatilliyidir. Belə ki, ASC- nin, demək olar, bütün borclarının xarici valyutada, gəlirlərinin isə əsasən manatla olması şirkəti sözügedən mövcud riskə həssas edir.

Bundan əlavə, “S&P” “Azərenerji”nin vəsaitlərinin Azərbaycanın zəif bank sistemində saxlamasını şirkətə üçün növbəti təhdid kimi qiymətləndirir.

Qeyd edək ki, agentlik gələcəkdə dövriyyə kapitalının və ya kapital xərclərinin artmasını da mümkün risklər arasında sadalayıb.

Xatırladaq ki, bu ilin yanvar ayında “S&P” davamlı dövlət dəstəyini nəzərə almaqla “Azərenerji” ASC-nin avtonom kredit profilini “b-” səviyyəsində qiymətləndirib.

Artıq o zaman agentlik qeyd etmişdi ki, şirkətin borc portfeli əsasən xarici valyutalarda ifadə olunub və şirkətin məzənnə dəyişkənliyi risklərini azaltmaq üçün xarici
valyutada əhəmiyyətli pul axını yoxdur.

Artıq o zaman agentlik qeyd etmişdi ki, şirkətin borc portfeli əsasən xarici valyutalarda ifadə olunub və şirkətin məzənnə dəyişkənliyi risklərini azaltmaq üçün xarici valyutada əhəmiyyətli pul axını yoxdur. Mövcud sosial-iqtisadi şərtlər daxilində manatın dəyər itirməsi əhalini daha çox “qorxudan” məsələlərdən biridir.

Qeyd edək ki, ölkədə devalvasiyanın gözlənməsi ilə bağlı fikirlər də səslənir.

Belə bir zamanda sözügedən təşkilatın mövqeyi manata təzyiqlərin gözlənilən olduğunu söyləməyə əsas verirmi?

İqtisadçı Rəşad Həsənov “Cümhuriyət” qəzetinə açıqlamasında manata təhdid olmadığını bildirib:

“Bu qiymətlndirmədə qeyd olunan risklər hətta dövlət büdcəsinin tərtibi zamanı da qeyd olunur. Ümumi götürdükdə risklər Azərbaycan iqtisadiyyatı üçün keçərlidir. Xüsusi hallarda bu risklərin təsir imkanları daha da artırır. Məsələn, “Azərenerji” ASC-nin borclarının əhəmiyyətli hissəsi – 100 faizə yaxını xarici valyutadadır. Buna görə də bu, risk kimi qeyd olunur. Bu yaxın gələcəkdə nəyinsə baş verə biləcəyi ilə bağlı mesaj deyil”. İqtisadçı bildirir ki, indiki şərtlər daxilində manatla bağlı hər hansı ciddi risk yoxdur: “Valyuta bazarlarında tələb və təklif arasında uyğunluq var. Ötən illə müqayisədə xüsusilə də neftin təxminən büdcədə nəzərdə tutulduğundan 40 faiz baha satılması faktoru, tədiyyə balansında profisitin yaranması, eləcə də Dövlət Neft Fondunun bazara təklif etdiyi valyuta həcminin ötən illə müqayisədə az olması daxilində manata risk yoxdur. O cümlədən, burada sosial amillər, hökumətin məsələyə baxışı konteksindən də deyə bilərik ki, 2021-ci il ərzində manatın məzənnəsi üçün hər hansı risk görünmür”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir