Manşet

Dəfələrlə aidiyyatı qurumlara müraciət etsək də, bizimlə maraqlanmayıblar

Bir bina da təhlükədədir

Bədbəxt hadisə binanın tinində baş verib, aradan adlayıb keçən Əli dəhşətlə qarşılaşıb. Hal-hazırda vəziyyəti ağır olaraq qalır. İndi hamımız təşviş və qorxu içərisindəyik. Hər an o hadisə təkrarlana bilər. Dedi,bina sakini-Mehdi Ağayev.

Xatırladaq ki, bədbəxt hadisə Bakının Səbail rayonu, Badamdar qəsəbəsində Rafiq İskəndərov küçəsində baş verib. Axşam saatlarında binanın tinindən keçən bina sakini 14 yaşlı Əli Mahir oğlu binadan qopan daş piltəsinin altında qalıb. 2007- ci il təvəllüdlü Əli Mahir oğlu hazırda koma vəziyyətindədir.

Dəfələrlə aidiyyatı qurumlara-Bələdiyyəyə, İcraya, Mənzil İstismar Sahəsinə şifahi müraciət etmişik. Bina sakinlərinin həyatının təhlükədə olduğunu bildirmişik. Gəlib bizimlə maraqlanmayıblar. Gördüyünüz binanın başı təmir olunub, sakinlər gördülər onlarla maraqlanan yoxdur, özümüz yığılıb binanı təmir etdirdik. Lakin təmir də təhlükəni sovuşdura bilmədi. Binanın yanındakı bina da təhlükədədir, o binadan mütəmadi olaraq daşlar tökülür. Bu hadisədən əvvəl də bir neçə dəfə daş qoparaq yerə düşmüşdü, xoşbəxtlikdən xəsarət alıb yaralanan olmamışdı. Bir dəfə binanın başından düşən daş ayağıma düşmüşdü, o qədər böyük olmadığından ciddi zərər görmədim. Neçə dəfə olub maşınların üzərinə düşüb. Binada yaşayanlar təlatüm içərisindədir. Yaşlılar ümumiyyətlə həyətə düşmür, uşaqları valideynləri küçəyə buraxmır. Əvvəllər havalar isinən kimi hamı həyətdə olurdu, qocalar binanın qarşısındakı oturacaqlarda oturub söhbət edib, vaxt öldürürdülər, məlum məsələ hamını evə qapayıb. Bədbəxt hadisədən sonra gəlib məsələyə baxıblar, söz veriblər ki, binanı təmir edəcəklər. Gərək bu faciə baş verəydi, sonra əl-ayağa düşəydilər. Bina sakinləri-hamımız, əsasən də, yaşlılar rahat küçəyə çıxacağımız günü səbirsizliklə gözləyirik. Hamı indi küçəyə bir məqsədlə çıxır, Əlinin vəziyyətinin necə olduğunu öyrənsin. Dedi, bina sakini- Əlizadə Zaur.

Elida Muxayeva

Zirveyolu.info

 

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir