Zirveyolu.xəbər verir ki, ikinci prezidenti Robert Koçaryan Erməni Milli Kongres Partiyasının sədr müavini Aram Manukyanı məhkəməyə verir. Robert Koçaryan Erməni Milli Kongresinin təmsilçisindən atdığı böhtanları rədd etmək, təhqirlərə görə üzr istəmək tələb edir. Koçaryan eks-prezident Levon Ter-Petrosyanın tərəfdarının atdığı böhtanı təkzib etməsini, 1 mart 2008-ci ildə Manukunyanın “Koçaryan qanunsuz olaraq mədəni dəyərləri çıxardı, hakimiyyəti oğurladı” ifadəsinə görə üzr istəməsi üçün məhkəməyə müraciət edib. Manukunyanın vəkili Tigran Yegoryan, çərşənbə axşamı baş tutan məhkəmə iclasında Manukunyanın ifadələrinin böhtan deyil, kifayət qədər əsaslı olduğunu vurğuladı. Koçaryan özü isə məhkəmədə iştirak etməyib.
Zirveyolu.info