Cəmiyyət Manşet

Vaqif Mustafayev tək bir əməliyyatla 2 milyon 33 min manatı necə “yedi”? – İLGİNC

“Sən demə, bizə ac qalmağın, aylarla maaş almadan ailə saxlamağın təlimlərini keçən şəxs milyonları necə yeməyin də yollarını yaxşı bilirmiş. Bir sözlə bu unikal şəxs, sən demə TV rəhbəri olmaqdan savayı hər şeydə usta imiş. Anasının və oğlanlarının adına çoxlu sayda əmlaklar rəsmiləşdirməyi bacaran şəxs əslində ustad rejissor imiş. Hələ illər öncə “Yoxlama” filmini çəkən rejissorun dağıtdığı kanala gələn yoxlama komissiyası 3 aydır Vaqif Mustafayevin maxinasiyaları üzərində baş sındırır”.

KONKRET.az xəbər verir ki, bunu telejurnalist Elvin Basqallı Space tv-nin sabiq rəhbəri Vqaif Mustafayev barədə yazıb.

Elvin Basqallı bildirir ki, dövlət başçısının televiziyalara ayırdığı vəsaitdən Space-in payına düşəni işçilər ala bilməyib:

“Son 4 ildə Prezidentin TV-lərə ayırdığı 11 milyondan “Space”in payına düşən 2 milyon 33 min manatı sənədlərlə necə ərşə çəkiblərsə, 11 aydır maaş ala bilməyən işçilər də bu sirri çözə bilmir. Halbuki, efir-üfür deyil, əlahiddə rəqəmlər və faktlar 200 işçinin cibindən oğurlanmış, banklara yerləşdirilən milyonları açıq-aydın göstərə bilər. Heyf ki, girovluq və sürgün müddətim bitməyib. Yoxsa ki, yoxlamanın bu qədər əziyyət çəkməsinə ehtiyac olmazdı, şəbəkə məlum, faktlar məlum. “Səsin çıxsa adını ev siyahısından çıxaracam”, “başqa kanala getsən tapşırdıb, işdən çıxartdıracam”- deyən Mustafayev indi özünü tapşırtmağa adam axtarır. Film çəkəndə rejissorlar kadr arxasında qalır, bu dəfə isə yeyintidə təkcə “Yaramaz”ın adı hallanır. Halbuki, gəlir hara gedib, necə gedib çox maraqlı mexanizmi var”.

Telejurnalist qeyd edib ki, həmkarları Vaqif Mustafayevin milyonları mənimsəməsi ilə bağlı faktlar əldə ediblər:

Dahi rejissorun həbs olunması kifayətdir ki, pulları kimlərlə ortaq yeyib, bu haqda bülbül kimi ötsün. Hələ ki, susur, amma susmaqla yox, yediklərini qusmaqla rahatlayacaq – rejissor da, dostları da. Sağ olsun, həmkarlarımız yaxşı faktlar əldə ediblər. Amma bir az, az tapıblar deyəsən.Kimlər necə yeyib, necə rəsmiləşdirib pulları bunları bilmək üçün bir söz yetər… O ki, qaldı rejissora …Canını qoymağa yer axtarmağa ehtiyac yoxdur. Qara maskalılar o yeri göstərəcəklər”.

Maraqlananlar bu linki klikləyə bilərlər: https://korrespondent.az/news/ya-merzavec-kak-vagif-mustafaev-ograbilspasetv/19850?fbclid=IwAR3ZfEEFZamz07n6UcwouI_jHLvLHZaDnEfvD6q9rUaIlCnnjwtBr0ydUbs.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir