Cəmiyyət

Cavid Qurbanova söykənən ÖZBAŞINALIQ… – İTTİHAM

1 həftədən sonra, daha dəqiq desək, 13 mayda Kəlbəcərin yeni icra başçısı Azər Qocayevin 1 ili tamam olacaq.
Görəsən bu 1 ildə nə dəyişdi..?
Təzə icra başçısı Kəlbəcər camaatı üçün nə işlər görə bildi?
Təkrarçılıq olmasın, hamı düşünür ki, guya rəhbər şəxsə bir neçə il vaxt lazımdır ki, özünü təsdiq eləsin.
Amma bilənlər bilir ki, bacarıqsız, səriştəsiz kadra 1 il yox e, 10 ildə vaxt versən xeyri yoxdur.
Əsl kadr 1-ci gün, yəni rəhbər olduğu qurumun binasına daxil olanda hər şey aydın olur. Və hər şey 1-ci gündən başlayır. Mənə 1 ay, 5 ay, 1 il vaxt verin bəhanəsi boş şeydir.
İndi Azər Qocayevin 1 illik fəaliyyətinə keçməzdən öncə, görək onun sələfi, Kəlbəcərə 9 il rəhbərlik etmiş Aqil Məmmədov camaat üçün nə işlər görüb.
Deməli, Prezident Administrasiyasının ( PA ) yaydığı rəsmi məlumatlarda dönə-dönə qeyd olunurdu ki, administrasiyaya əhalidən ən çox şikayətlər daxil olan rayonlardan biri də Kəlbəcərdir. Deməli, Kəlbəcər camaatı 9 il Aqil Məmmədovun əməllərindən bezib və yuxarılara şikayət məktubları yazıb.
Yaxşı bəs onda necə oldu ki, 2020-ci ildə bu adam, yəni Kəlbəcərin icra başçısı həmin rayondan deputat seçildi. Bəs o narazı insanlar Aqil Məmmədova necə səs verdi ?
Ortada bir məntiq olmalıdır, axı.
Bax, indiki icra başçısı Azər Qocayev də fikirləşir ki, sələfim Aqil Məmmədov camaata zülm elədi, heç kimin problemi ilə maraqlanmadı və sonda…DEPUTAT oldu.
Deməli, ən yaxşısı bu yoldur. Və Azər Qocayev də həmən yolu davam etdirir. Təsəvvür edirsiniz, bu günədək təzə icra başçısı bir nəfər kəlbəcərli şəhidin də ailəsinin qapısını açmayıb.
Əksinə Kəlbəcəri ziyarətə gedən icra nümayəndəsinin müavinini işdən azad edib. Adama deyərlər karantin qaydalarını pozduğuna görə bu adamı məhkəmə dövlətin adından 200 manat cərimə edib. Bəs sən kimsən həmin şəxsi vəzifədən azad edirsən.
Ay Azər Qocayev, 1 cinayətə görə, 1 dəfə cəza verirlər, başa düşmürsən ?
İkincisi də bu insan polislərin iştirakı ilə vətəni Kəlbəcəri ziyarət edib.
Bəs, bu neçə ayda sənin ayağın Kəlbəcər torpağına dəyibmi ?
Yazdığımız yazılara gələn şərhlər də maraqlıdır.
Şərh yazanlar deyir ki, Azər Qocayevin işdən çıxardığı icra nümayəndəsinin müavini, qoy, vəkil Yefremə ( Yeprim) müraciət etsin.
Bir də şərhlərdə ən çox belə fikir səslənir: Kəlbəcəri ermənilər işğal etmişdi, indi isə Ağdabanlılar işğal edib.
Əlbəttə, mərd camaat olan Kəlbəcər sakinlərinin nəyi nəzərdə tutduğunu özləri yaxşı bilir.
 //gundelik-baku.com//

Cavid Qurbanova söykənən ÖZBAŞINALIQ...
Cavid Qurbanova söykənən ÖZBAŞINALIQ...
Cavid Qurbanova söykənən ÖZBAŞINALIQ...
Cavid Qurbanova söykənən ÖZBAŞINALIQ...
Cavid Qurbanova söykənən ÖZBAŞINALIQ...

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir