Manşet Siyasət

Dövlət Vergi Xidmətinin yeni rəisinin 37 yaşı var

Bu gün Prezidentin sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi vəzifəsinə təyin edilən Orxan Nəzərlinin kimliyi ictimaiyyətdə maraq doğurub.

Orxan Nəzərli 1984-cü ildə Ağdam şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq iqtisadi münasibətlər” fakültəsini bitirib. İş fəaliyyətinə 2003-cü ildə özəl sektorda başlayıb. Azərbaycanda fəaliyyət göstərən dünyanın nüfuzlu beynəlxalq audit şirkətlərindən birində müxtəlif vəzifələrdə çalışıb.

2014-cü ildə ABŞ-ın Alyaska ştatında sertifikasiyadan keçib “Certified Public Accountant” lisenziyası alıb. 2015-2016-cı illərdə təhsil nazirinin iqtisadi məsələlər üzrə müşaviri, 2016-2017-ci illərdə isə Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini olub. 2018-ci ildə Vergilər nazirinin müşaviri təyin edilib.

2019-cu ildən Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin rəisi olub. Ötən il mayın 13-də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini təyin edilib.

3-cü dərəcəli dövlət vergi xidməti müşaviri olan Orxan Nəzərli ailəlidir, 3 övladı var.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir