Azərbaycanlı milyonçu Telman İsmayılovun 2550 hektar torpaq sahəsi satışa çıxarılıb.
Lent.az xarici KİV-ə istinadən bildirir ki, torpaq sahəsi Moskvanın Klinski rayonunda yerləşir. Telman İsmayılov həmin ərazidə 1 milyon kvadratmetrlik sahəsi olan şəhər tikməyi planlaşdırıb.
Torpaq sahəsinin qiyməti 4 milyon 300 min dollar dəyərində olduğu bildirilir.
Hərracda azərbaycanlı biznesmenin torpağına sahib çıxan olmayıb.