Manşet

Bu gün Beynəlxalq Muzeylər günüdür

Hər il Beynəlxalq Muzeylər Şurasının (İCOM) təşəbbüsü ilə 18 may tarixi Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur. 2021-ci il Şuranın qərarı ilə Beynəlxalq Muzeylər Günü “Muzeylərin gələcəyi: dirçəliş və yeni baxış” devizi altında qeyd olundu. Bütün dünyada tüğyan edən COVİD 19 Pandemiyası şəraitində muzeylər öz işlərində yeni fəaliyyət sahələrinə üz tutur, seyrçi auditoriyaları ilə yeni ünsiyyət formaları axtarırlar.
2021-ci 18 may tarixində Beynəlxalq Muzeylər günü çərçivəsində müasir muzeylərin fəaliyyətlərində baş verən yeniliklərin müzakirəsini keçirmək, təcrübə mübadiləsi aparmaq məqsədilə Bakı şəhərinin ev muzeyləri “Pandemiya dövründə ev muzeylərinin fəaliyyətində müasir texnologiyaların tətbiqi: təcrübə mübadiləsi” adlı onlayn vebinar (“ZOOM” tətbiqi üzərindən) keçirdi. Tədbirdə Abdulla Şaiqin Mənzil-Muzeyi, Nəriman Nərimanovun xatirə muzeyi, Səməd Vurğunun Ev-muzeyi, Bülbülün Ev-muzeyi, Üzeyir Hacıbəylinin Ev-muzeyi, Niyazinin Ev-muzeyi, Mstislav və Leopold Rostropoviçlərin Ev-muzeylərinin əməkdaşları iştirak etdilər. Abdulla Şaiqin Mənzil-Muzeyinin direktoru Ülkər Talıbzadə, Niyazinin Ev-muzeyinin direktoru Rza Bayramov, Nəriman Nərimanovun xatirə muzeyinin direktoru Kamilə Hüseynova, Üzeyir Hacıbəylinin Ev-muzeyinin baş mühafizi Aytən Heydərova, Mstislav və Leopold Rostropoviçlərin Ev-muzeyinin elmi işçisi Günay Əliyeva, Bülbülün Ev-muzeyinin direktoru Fərqanə Cabbarova və Səməd Vurğunun Ev-muzeyinin əməkdaşı Nərgiz Muradova mövcud şəraitdə onlayn iş fəaliyyətləri ilə bağlı geniş məlumat verdilər və maraqlı təcrübələrini iştirakçılarla bölüşdülər. İştirakçılar bu ilki Beynəlxalq Muzeylər Gününü digər illərdən fərqli olaraq, zəfər ruhu ilə qələbə əhvali-ruhiyyəsində qeyd etdiklərini vurğuladılar.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir