Manşet

Alim Abuzər Ələkbərov vəfat etdi

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun “Azərbaycanda arxeoloji abidələrin toplusu” sektorunun rəhbəri Abuzər İbrahim oğlu Ələkbərov uzun sürən xəstəlikdən sonra 68 yaşında vəfat edib.

Bu barədə İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Tarix üzrə fəlsəfə doktoru olan A. Ələkbərov bir monoqrafiya, əllidən artıq elmi məqalənin müəllifidir. Fransanın Sen-Jermen Milli Arxeoloji Muzeyində Azərbaycandan olan tapıntıların monitorinq qrupunda çalışıb.

O, 20 ildən artıq Arxeologiya və Etnoqrafiya İnstitutu Həmkarlar Təşkilatının sədri olub.

Azərbaycan Həmkarlar Hərəkatının inkişafında xidmətlərinə görə, 2015-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Abuzər Ələkbərov “Tərəqqi” medalı ilə təltif edilib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir