Manşet

Onların məhkəməsi başlyır, amma Vüqar İsayev hələ də iş başındadır – İLGİNC FAKTLAR

Məlum olduğu kimi 3 gün öncə, Bakı Ağır Cinayətlər Məhkəməsində mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirildikdən sonra məhkəmənin baxış iclası iyunun 1-nə təyin edilib.

Qeyd edək ki, rəsmi məlumata görə, Mədəniyyət nazirinin müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanovun vəzifə səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə, vətəndaşların hüquqlarına mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələrinə görə ötən il,may ayının 9-da həbs edilmişdilər. Məlum hadisədən sonra dövrü mətbuatda həmin dövrdə Mədəniyyət naziri olmuş Əbülfəs Qarayevin və dövlət vəsaitlərinin mənimsənilməsi hallarına yol verdiklərinə görə daha bir neçə Regional Mədəniyyət İdarəsi rəhbələrinin də həbs olunacağı barədə məlumatlar yayılmışdı. Lakin göründüyü kimi bunların heç biri baş vermədi. Əbülfəz Qarayev vəzifəsindən alındı,digər adları hallananlar isə 5 yanvar 2021-ci ildən Mədəniyyət naziri təyin edilmiş Anar Kərimov tərəfindən sistemdən kənarlaşdırıldılar.

Həmin dövrdə mətbuatda adları hallananların artıq bir neçəsi vəzifələrini itirsələr də,yeni nazir köhnə komandada əli korrupsiyaya bulaşmış bir çox idarə rəhbərlərini hələ də vəzifəsində saxlamaqdadır. İndi onların Anar Kərimov tərəfindən hansı məqsədlər üçün,niyə saxlanıldığını söyləmək çətindir və ayrı bir məqalənin mövsusu olduğundan buna sonradan qayıtmalı olacağıq.Lakin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanovun kadrlarından olan, sözügedən xidmətdə Mədəni irsin qorunması üzrə nəzarət şöbəsinin, abidələrin qorunması və texniki nəzarət sektorunun müdiri vəzifəsində işləmiş,01.10.2018-ci ildən Qobustan Milli Tarixi-Bədii Qoruğunda direktor təyin olunmuş Vüqar İsayevin hələ də qeyd etdiyimiz vəzifədə hansı səbəbdən qalmasına aydınlıq gətirməyə çalışacağıq.

Əbülfəs Qarayevin dövründə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyəti artıq hamıya məlumdur.Vüqar İsayevin müdiri olduğu abidələrin qorunması və texniki nəzarət sektorunun fəaliyyəti də həmçinin. Həmin dövrlərdə tarixi mədəni abidələrin qorunması hansı səviyyədə həyata keçirilib,bu gün baxımsız, uçulub dağılmış abidələr canlı şahid kimi bizlərə çox şey deyir.Bəs Anar Kərimov bir nazir kimi bunları görmürmü? Görürsə Vüqar İsayevi Qobustan Dövlət Tarix-Bədii Qoruğunun direktoru vəzifəsində niyə saxlayır?

Aktualinfo.org Vüqar İsayevin o vaxtlar, yəni Zakir Sultanovun rəhbərliyi altında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin çalışdığı dönəmlərdə nə kimi işbirlikləri olması barədə konkret məlumatlara sahib olmasa da,Qobustan Dövlət Tarix-Bədii Qoruğunun direktoru kimi gördüyü işlər barədə araşdırmalardan sonra müəyyən məlumatlar əldə edib. Belə ki,Qobustan Dövlət Tarix-Bədii Qoruğuna direktor təyin edildikdən sonra Vüqar İsayevin əsas gəlirləri dövlət satınalmalarından olub.Onun idarəsində nə qədər “ölü can”olub,seyfində nə qədər maaş kartı olub,deyə bilmərik. Amma ictimaiyyətdən gizli yollarla keçirdiyi satınalmaladan əldə etdikləri barədə təsəvvür yarada bilərik.Bunun üçün Qobustan Dövlət Tarix-Bədii Qoruğu tərəfindən 2019-cu ildə keçirilmiş şübhə doğuran kotirovka sorğularına nəzər salmaq kifayətdir.

Qobustan Milli Tarix Bədii Qoruğunda “Qayaüstü mədəniyyət;mif,rəsm və dünya” adlı tədbirin keçirilməsinin satınalması üzrə keçirilmiş kotirovka sorğusunda 03.12.2019-cu il tarixdə 10 455 manat dəyərində satınalma müqaviləsi fziki şəxs Əhədov Kamil Rafiq oğlu ilə bağlanılıb.

İnventarın satınalınması üzrə keçirilmiş kotirovka sorğusunda 03.12.2019-cu il tarixdə 18 375 manat dəyərində satınalma müqaviləsi “UNIVERSAL BUSINESS COMPANY” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanılıb.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “UNIVERSAL BUSINESS COMPANY” Məhdud Məsuliyyətli Cəmiyyətinin 04.11.2019-cu il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, PARLAMENT PR. ev 2B, m. 77, qanuni təmsilçisi kimi isə Məmmədov Mübariz Elman oğlu qeyd olunub.

Digər maşın və avadanlıqların satın alınması üzrə keçirilmiş kotirovka sorğusunda 03.12.2019-cu il tarixdə 19 684 manat dəyərində satınalma müqaviləsi “QALAKTIKA-A” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanılıb.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “QALAKTIKA-A” Məhdud Məsuliyyətli Cəmiyyətinin 20.06.2008-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının QƏBƏLƏ RAYONU, VƏNDAM qəsəbəsi, qanuni təmsilçisi kimi isə Əliyev Əli Vəli oğlu qeyd olunub.

Qobustan Milli Tarix-Bədii qoruğunun Böyükdaş dağının aşağı səki ərazisində elmi-tədqiqat işləri üzrə keçirilmiş kotirovka sorğusunda 25.07.2019-cu il tarixdə 24 727 manat dəyərində satınalma müqaviləsi “UNİVERSAL-2006” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanılıb.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “UNİVERSAL-2006” Məhdud Məsuliyyətli Cəmiyyətinin 13.06.2006-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı göstərilməyən MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ YASAMAL RAYONU,qanuni təmsilçisi kimi isə Əliyev Əli Vəli oğlu qeyd olunub.

Tədbirin təşkilinin satın alınması üzrə keçirilmiş kotirovka sorğusunda 17.07.2019-cu il tarixdə 14 997.5 manat dəyərində satınalma müqaviləsi “LİDER GZ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanılıb.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında“LİDER GZ” Məhdud Məsuliyyətli Cəmiyyətinin 26.12.2017-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının SUMQAYIT ŞƏHƏRİ, 12 MKR, ev 33, m. 25, qanuni təmsilçisi kimi isə Salmanov Rəhman Məcid oğlu qeyd olunub.

Yeni audio-bələdçiləin infrastrukturunun qurulması,onlara aid müxtəlif cihazların,audio yazılış xidmətlərin,tərcümə xidmətlərin,şəbəkə avadanlıqları və proqram təminatlarının satınalınması üzrə keçirilmiş kotirovka sorğusunda 08.07.2019-cu il tarixdə 92 748 manat dəyərində satınalma müqaviləsi “GT SOLUTİONS” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanılıb.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “GT SOLUTİONS” Məhdud Məsuliyyətli Cəmiyyətinin 15.01.2007-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 40 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, CƏFƏR CABBARLI, ev 44, qanuni təmsilçisi kimi isə Həsənov Elxan Mirhadi oğlu qeyd olunub.

Bağlanmış müqavilələrdən və Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarından da göründüyü kimi Qobustan Milli Tarix Bədii Qoruğu “UNIVERSAL BUSINESS COMPANY” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə inventarların satınalınması üzrə bağladığı müqavilədən cəmi bir ay əvvəl dövlət qeydiyyatına alınıb. Bu da satıınalmalar haqqında mövcud qanunvericiliyin tələblərinə zidd bir haldır.

Digər tərəfdən Qobustan Milli Tarix Bədii Qoruğu tərəfindən “QALAKTIKA-A” və “UNİVERSAL-2006” Məhdud Məsuliyyətli Cəmiyyətləri ilə müqavilələr baxlanarkən saxtalaşdırma hallarına yol verilmişdir. Belə ki,qeyd etdiyimiz MMC-lər ayrı-ayrı ünvanlarda,başqa adlar ltında dövlət qeydiyyatına alınsa da qanuni təmsilçisinin bir nəfər, Əliyev Əli Vəli oğlu olduğu məlum olmuşdur ki, tender və kotirovka prosedurlarının keçirilməsi zamanı daim bir şəxsə və ya şirkətə üstünlük verilməsi satın alınan malların ehtimal olunan qiymətinin düzgün müəyyən edilməməsinə və bir sıra qanun pozuntularına yol açmasına şübhə doğurur. Bu da “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə əsasən saxtakarlıq hesab edilir və mövcud qanunvericiliklə yolverilməzdir.

Bunlardan əlavə apardığımız araşdırmalar zamanı Qobustan Dövlət Tarix-Bədii Qoruğu tərəfindən 2020-ci ildə elan olunmuş bir sıra kotirovka sorğularının nəticələri satınalmaların vahid elektron portalında yerləşdirilməmişdir. Belə ki, 19.11.2020-ci il tarixdə Qobustan Milli Tarix-Bədii qoruğu ərazisində kommunal xətlərinin çəkilişinin kotirovka sorğusu üsulu ilə satın alınması, 20.10.2020-ci il tarixdə abadlaşdırma işlərinin görülməsinin kotirovka sorğusu üsulu ilə satın alınması, 18.09.2020-ci il tarixdə avadапlıqların kotirovka sorğusu üsulu ilə satın alınması, 14.08.2020-ci il tarixdə cari təmir işləri kotirovka sorğusu üsulu ilə satın alınması, 07.05.2020-ci il tarixdə dəftərxana və təsərrüfat mallarının alınması kotirovka sorğusu üsulu ilə satın alınması barədə əvvəlcədən elan verilsə də nəticəsi barədə məlumatlar ictimaiyyətə açıqlanmamışdır.

Qeyd edək ki, “Dövlət Satınalmaları Haqqında” Qanunun 4-cü maddəsinin (4-1.3. İllik satınalma planında aşağıdakı məlumatlar əks olunur: 4-1.3.1. satınalan təşkilatın adı; 4-1.3.2. satın alınacaq malların (işlərin və xidmətlərin) adı, həcmi, miqdarı və ölçüsü; 4-1.3.3. satınalmanın ardıcıllığı, təqvim ili üzrə bölgüsü və satınalma üsulu;) bu kimi tələbləri satınalan təşkilat olaraq Qobustan Dövlət Tarix-Bədii Qoruğu tərəfindən pozulmuşdur.

“Dövlət Satınalmaları Haqqında” Qanunun 10-cu maddəsinin (10.1. Satınalan təşkilat satınalma prosedurları haqqında aşağıdakı məlumatların göstərildiyi hesabatı tərtib edir: 10.1.1. satın alınan malların (işlərin və xidmətlərin) qısa təsviri; 10.1.2. tender təklifləri, ofertalar və ya kotirovkalar təqdim etmiş malgöndərənlərin (podratçıların) adları və ünvanları, satınalma müqaviləsi bağlanan malgöndərənin (podratçının) adı və ünvanı, həmin müqavilənin qiyməti😉

“Dövlət Satınalmaları Haqqında” Qanunun göstərilən maddələrinin tələblərinə Qobustan Dövlət Tarix-Bədii Qoruğunun Tender Komissiyası tərəfindən riayət olunmaması kotirovka sorğularının keçirilməsi zamanı şəffaflıq prinsiplərindən kənar olduğunu bir daha təsdiq edir. Mal materialların və digər xidmətlərin satınalmaları üzrə keçirilən kotirovka sorğularının nəticələrinin dövlət satınalmalarının vahid elektron portalında yerləşdirilməməsi, bağlanmış müqavilələrdə qiymətlərin açıq şəkildə göstərilməməsi, satınalma müqavilələrinin formal olaraq bağlanılmasını və dövlət vəsaitlərinin təyinatından kənarlaşdırılmasını deməyə əsas verir.

Qeyd edək ki,bu MMC-lər barəsində açıq mənbələrdə adlarından başqa hər hansı bir məlumat yoxdur. Bu MMC-lərin heç birinin analoji işlərdə təcrübəsinin olmaması, yalnız Qobustan Dövlət Tarix-Bədii Qoruğunun sifarişlərinin qalibi olmaları onu göstərir ki,kotirovka sorğularının keçirilməsi bir nəfər tərəfindən idarə olunur və satınalma müqavilələri yaxın şəxslərlə formal olaraq bağlanılıb.

Bütün bu göstərilənlərə aydınlıq gətirmək məqsədi ilə Qobustan Dövlət Tarix-Bədii Qoruğunun Tender Komissiyasına ünvanladığımız sorğu cavabsız qaldı.Təbii ki,qoruğun direktoru Vüqar İsayevin yol verdiyi qanun pozuntuları bunlarla kifayətlənmir.Araşdırılarsa onun sabiq müavini Rafiq Bayramov və Zakir Sultanovla işbirliyi barədə çox gizli məsələlər ortaya çıxa bilər. Yuxarıda qeyd etdiyimiz kimi arıtıq onların məhkəməsi başlamaq üzrədir. Amma Vüqar İsayev hələ də iş başındadır.

Aktualinfo.org

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir