Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Masalı rayon şöbəsinin müdiri Zamin Əliyev “haqqın yolunu” tapıb.
Rubrika.Az-ın xəbərinə görə, bu yaxınlarda qeyri-rəsmi toplantı keçirən şöbə müdiri “səriştəli” əməkdaşlarına pul qazanmağın təlimatlarını verib.
İddialara görə, Z.Əliyev onlarla söhbətində razılaşdırıb ki, hər bir işçi 5 sosial yardım məsələsini reallaşdırmaq gücünə malikdir.
Ona görə iş bölgüsü aparılsın, iki işin mənfəəti əməkdaşların, üç iş rəhbərliyin cibinə getsin. Z.Əliyev iclasda şüarı da “Az qazan, həmişə qazan!” devizi olub. Məlumatda deyilir ki, bu plan üzrə işlər icra olunmaqdadır və ƏƏSMN-nin Masallı şöbəsinin əməkdaşları özərini rayonda çinovnik kimi aparırlar. Onlar ayrı-ayrı vətəndaşların həyətlərinə daxil olur, toyuq hinlərində, mal tövləsində “reyd” keçirirlər.
“Həyətlərə dəstə ilə girib insanları qorxudurlar. Evlərə cumurlar, həyətlərdə vahimə yaradırlar. Mədəniyyətləri yoxdur. Hər bir razılaşmış vətəndaşdan 4-5 ayın pulunu alırlar. Ayda 300-350 min manat pul qazanırlar.
Sənədləri düz olan vətəndaşlara imtina verirlər. Hər dəfə bir şeyi bəhanə edirlər. Müdir Əliyev Zamin deyir ki, mənim arxam çox möhkəmdir”, – deyə gələn xəbərlərdə iddia olunur.
Bildirilir ki, yerli şöbədə Kazım adlı məmur bütün sistemi əlində saxlayır və Z.Əliyevin hesab-kitablarını aparır: “O, tapşırılmış işləri qəbul edir, tapşırılmayan düzgün işlərə imtina vurur. Min bir bəhanə mesajı göndərir. Əsas mesaj “kommunal xərclərin bəyan edilməməsi” olur. Axı kasıb ailə 2 manat işıq, 5-10 manatlıq qaz istifadə edir. Hansı kommunal xərcdən danışır? Ümumiyyətlə, Zamin Əliyev öz “dəstəsi” ilə necə lazımdır Masallı və Yardımlı rayonlarında “fırlanır”.
Deyilənə görə, “qaz vurub, qazan dolduran” Z.Əliyevun Yardımlıda onlarla iaşə obyekti var: “Mağaza, kafe, restoran, Bakıda çoxlu sayda evlər…Bunları hansı pulla alıb? Nazirliyin Masallı və Yardımlı şöbələrini özəlləşdiriblər, özü demişkən arxası çox möhkəmdir. Sahil Babayevin baş verənlərdən xəbəri varmı?”
Rubrika.Az