Azərbaycanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Dövlət mükafatları laureatı Tahir Salahov dəfn olunub.
Ötən həftə dünyasını dəyişən rəssam I Fəxri Xiyabanda dəfn olunub.
Dəfn mərasimində Tahir Salahovun yaxınları, rəsmi şəxslər və ziyalılar iştirak edib.
Xatırladaq ki, Xalq rəssamı T.Salahov mayın 21-də Almaniyada müalicə aldığı xəstəxanada 92 yaşında vəfat edib.
Fotoları “Trend.az”a istinadən təqdim edirik: