Zirveyolu.info xəbər verir ki, 25 may 2021-ci il tarixində C. Cabbarlı adına Respublika Gənclər Kitabxanası, AMEA Elm Tarixi İnstitutunun Elmşünaslıq və elmin sosial problemləri şöbəsi və “Elin Səsi” ictimai birliyinin təşkil etdiyi 28 may respublika gününə həsr olunmuş “Zirvələrə ucalan Azərbaycanım” adlı elmi seminar keçirildi. Seminarda C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru, t.ü.f.d. Oruc Quliyev, AMEA Elm Tarixi İnstitutunun Elmşünaslıq və elmin sosial problemləri şöbəsinin müdiri, s.e.ü.f.d. Elvin Talışınski, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun Azərbaycanın orta əsrlər tarixi şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d.,dos. Şahlar Şərifov, BDU-nun müəllimi, dosent Pərviz Kazımi, KİV nümayəndələri və digər şəxslər iştirak ediblər. Seminarda C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru, t.ü.f.d. Oruc Quliyev “Müstəqil Azərbaycan AXC-nin varisi kimi” mövzusunda, AMEA Elm Tarixi İnstitutunun Elmşünaslıq və elmin sosial problemləri şöbəsinin müdiri, s.e.ü.f.d. Elvin Talışınski “AXC dövründə təhsil, elm və maarif” mövzusunda, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun Azərbaycanın orta əsrlər tarixi şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d.,dos. Şahlar Şərifov “Azərbaycan Xalq Cümhuriyyətinin Dövlətçilik Tariximizdəki rolu” mövzusunda çıxış etdi. BDU-nun müəllimi, t.ü.f.d.,dos. Pərviz Kazımi də öz növbəsində iki məsələni diqqətə çatdırdı. O, qeyd etdi ki, zəngin, böyük və çox məzmunlu tariximizdə güclü olmağımızın əsas səbəbi, yalnız güclü və inamlı liderimizin olmasıdır. Daha sonra o, AXC dövründə əlifba haqqında və AXC-nin böyük işlərindən biri də əlifba islahatının olmasından bəhs etdi.
Cavadzadə Seyid Sürayə