Dünya

“Rüstəm Muradov pozuculuq fəaliyyətilə məşğul olur” – Sərt AÇIQLAMA

Bildiyimiz kimi Qarabağdakı Rusiya sülhməramlılarının komandanı, general-mayor Rüstəm Muradov bölgədə sülhməramlı missiyanın həyata keçirilməsilə bağlı məsələləri heç bir hüquqi əsas olmadan Ermənistan müdafiə nazirilə müzakirə etdiyi halda, Azərbaycanın müvafiq qurumları ilə bu istiqamətdə müzakirələr aparmır.

Məsələ ilə bağlı Sfera.az-a danışan hərbi ekspert İbrahim Rüstəmli bunun əsas səbəbini rus sülhməramlılarının sözügedən missiyada primitiv təcrübəyə malik olmalarında görür:

“Fikrimcə, Rusiya sülhməramlılarının bu istiqamətdə təcrübələri primitivdir. Sülhü dəstəkləmə prosesinin çətin və gərgin iş olduğunu nəzərə alsaq, rus sülhməramlılarının öz işlərinə yarıtmaz münasibətinin şahidi oluruq. Onlar fəaliyyətlərinin ilk dövründən bunu açıq şəkildə göstərdilər. İlk anlardan sülhməramlılar iki tərəf arasında balansı, “qızıl orta”nı tapa bilmədi, yaxud da tapmaq belə istəmədilər. Münasibətlərdə tərəf kimi ortaya çıxdılar”.

Həmsöhbətimizin fikrincə, münasibətlərdə tərəf saxlamaq xüsusən də Rüstəm Muradovun fərdi hərəkətlərində özünü daha çox göstərir:

“O və rəhbəri olduğu sülhməramlılar burada sülhməramlı missiya ilə deyil, sanki pozuculuq fəaliyyətilə məşğul olurlar. Bu mənada Rüstəm Muradovun son addımı da sülhməramlı kontingentin neqativ addımlarının növbəti davamıdır. Onun terrorçu və separatçılarla isti münasibəti, onlarla qucaqlaşması, birtərəfli fəaliyyət göstərməsi Rusiya sülhməramlılarının işinə şübhə ilə yanaşmaq üçün kifayət qədər əsas verir. Görünür məsələyə daha konkret yanaşma və münasibət bildirmək lazım gələcək”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir