Qanun keşikçisi, ədalət təmsilçisi Gəncə Apellyasiya Məhkəməsində qanunlar qorunmaq əvəzinə ayaqlar altına atılır. Məhkəmə işçiləri qapalı məkanda, konkret desək, məhkəmə zalında hər gün karantin qaydalarını kobud şəkildə pozur.
Gəncə və ətraf rayonların sakinləri hər gün bu mənzərənin şahididir.Bu ədalət ocağına Mirbahəddin Hüseynov sədr təyin ediləndən həm hakim köməkçiləri, həm də icra məmurları polis əməkdaşının gözləri qarşısında qanun pozuntusuna yol verirlər.
Bu barərdə məlumatı və videomataerialı Dünyanınəsi.az saytına ictimai fəal Natiq İsmayılov göndərib. Videodan aydın şəkildə görünür ki,Gəncə Apellyasiya Məhkəməsində çalışan işçilər inzibati binada tibbi maskasız hərəkət edirlər. Məhkəmə prosesinin keçirildiyi məhkəmə zalı isə sanki istirahət məkanıdır. Necə deyərlər, hərə öz aləmindədir. Kimi masaya söykənib, kimi telefonda oyun oynayır, kimi yazışır və s…
Həmin videonu təqdim edirik:
Redaksiya olaraq ümid edirik ki, Azərbaycanda haqqı, ədaləti “ilahi müqəddəsliyə çatdıran” Ədliyyə Nazirliyi, məhkəmələrin “vəkili” Mıəhkəmə Hüquq Şurası heç olmasa bu dəfə Gəncə Apellyasiya Məhkəməsindəki mövcud biabırçılığa müdaxilə edəcək. Eyni zamanda sadə maskasızlara qənim kəsilən Daxili İşlər Nazirliyi bu qanunazidd əməllərə hüquqi qiymət verəcəkdir.
Xatıraladaq ki, İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir. Həmin xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər səkkiz yüz manat məbləğində cərimə edilir.
Redaksiya olaraq bildiririk ki, qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Mənbə:/dünyanınsəsi/