Bu tarixdən metronun fəaliyyəti bərpa olunur
31 may tarixdən metronun fəaliyyəti bərpa edilir. Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Adminstrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın bu gün keçirilən brifinqində bildirib.
Açıq havada maska ilə bağlı məhdudiyyət LƏĞV EDİLDİ
Azərbaycanda açıq məkanlarda Mayın 31-dən maskadan istifadə ləğv edilir. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.