Manşet

Yeni sədr Əhmədzadənin kadrını cəzalandıracaqmı? – İTTİHAM

Prezident İlham Əliyev cənabları bir müddət əvvəl çıxışında meliorasiya sistemində olan problemləri kəskin şəkildə qeyd elədi. Və sistemdə kadr dəyişiklikləri oldu.
Bütün bunlara baxmayaraq yenə də eyni problemlər, eyni şikayətlər davam edir.
Redaksiyamıza müraciət edən Ucar rayonu, H.Əliyev prospekti, ev 136 sakini Şirinov Raqif Ayaz oğlu meliorasiya idarəsindən şikayətçidir. Onun şikayətini olduğu kimi dərc edirik:
Ucar rayon Meliorasiya İdarəsinin müdiri Həsən Qasımovun başı korrupsiya əməllərinə qarışdığından rayon torpaqlarını şoran ağuşuna alıb kənd təsərrüfatı məhv olmaq üzrədir.Nəticədə də Ucar ərazisində torpaqlar əkinə yararsız hala düşüb, dövlətə və vətəndaşlara küllü miqdarda ziyanlar dəyir. Ucar rayon Meliorasiya İdarəsinin bütün texnikaları Həsən Qasımovun şəxsi təsərrüfatında işlərə cəlb edilib. Hansı ki, həmin texnikalar rayon ərazisində olan şirə kanallarının təmizlənməsinə və digər əhəmiyyətli işlərə cəlb edilməlidir.
25 may 2021-ci il tarixdə Ucar rayonu Qarabörk kəndində Həsən Qasımova məxsus böyük torpaq sahəsində yonca otu yığımı aparılan zaman həmin anları video lentə almışam.Həmin zaman Ucar rayon Meliorasiya İdarəsinə məxsus teknikaların və işçilərin orada işə cəlb edilməsi açıq-aydın görünür. Mən bunun səbəbini Həsən Qasımovdan soruşanda mənə dedi ki, “rədd ol sən kimsən idarə mənə məxsusdur”.
Mənim bildiyim odur ki, Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan idarələrin heç biri özəlləşdirilməyib. Həsən Qasımov uzun illərdi bu idarədə müdir vəzifəsində işləyir.Onun yarıtmaz fəaliyyəti nəticəsində rayon torpaqları şoranlaşıb məhv olur. Həsən Qasımov böyük ferma təsərrüfatı yaradıb iribuynuzlu heyvanlar saxlatdırır.
Videoda görünən yonca otu onun idarəsinin texnikalarına yığılaraq həmin fermaya daşınır.Təqdim etdiyim fotoda İdarəyə məxsus üzərinə ot yığılmış 61 AC 262 nömrəli avtomobilin yanında dayanmış şəxs Meliorasiya İdarəsinin işçisi İsmayılov Fariz Fazil oğludur.O, Həsən Qasımovun şəxsi təsərrüfatında işlərə cəlb edilib. Onu da qeyd edim ki, Həsən Qasımov Ucar rayonu Qarabörk kəndindəki 10 hektar torpaq sahəsini zəbt edib yonca əkmişdir. Hansı ki, həmin torpağın təyinatı fərdi mənzil tikintisi üçündür. Bu cinayətdir ki, Həsən Qasımov həyata keçirir.Ucar rayon Meliorasiya İdarəsinə məxsus traktora ot biçən, ot bağlayan, ot dırmıqlayan aqreqat qoşularaq Həsən Qasımovun təsərrüfatında işə cəlb edilir. Ot bağları isə idarəyə məxsus avtomaşınlara yığılaraq fermaya daşınır. Mən bu korrupsiya cinayəti barədə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədrinə məlumat vermişəm.
Redaksiyadan: Biz vətəndaşın şikayətini işıqlandırdıq. Qərar vermək isə dövlət qurumlarının işidir. //gundelik-baku.com//

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir