Siyasət

İlham Əliyev və xanımı jurnalistlərin həlak olması ilə bağlı başsağlığı verdi

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva iyunun 4-də saat 11 radələrində işğaldan azad edilmiş Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olan media nümayəndələrinin ailələrinə və yaxınlarına başsağlığı verib.

Dövlət başçısının başsağlığını şəhid media işçilərinin yaxınlarına Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çatdırıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir