Manşet

Səfir Qüdsi Osmanovla bağlı şok video yayıldı: AZYAŞLILARI ZORLAMA, QƏTL, SİLAH ALVERÇİLƏRİ İLƏ ƏLAQƏ – VİDEO

Xeber.top saytı məlumat verir ki, bu günlərdə Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovla bağlı dəhşətli video yayılıb. Videoda Qüdsi Osmanovun azyaşlı qadınları zorlaması, həyatlarını məhv etməsi şikayətçilərin öz dili ilə səsləndirilir. Bundan başqa Qüdsi Osmanov bir sıra qətllərdə də ittiham olunur. Videoda o da qeyd olunur ki, Qüdsi Osmanov mütəmadi olaraq porno mövzulara aid kitablar oxuyur, öz fantaziyalarını dərinləşdirir və səfirlikdə işə düzəltmək adi ilə tora saldığı azyaşlı xanımlar üzərində test edir. Bu videoda, həmçinin, Novruz bayramında Qüdsi Osmanovun çıxışı zamanı onun tərəfindən təcavüzəməruz qalan 15 yaşlı qızın etirazı da yer alıb. Daha ətraflı videoya baxmaqla məlumat ala bilərsiniz.

Bundan başqa Qüdsi Osmanovun adı bir sıra cinayətlərdə hallanır və məhz buna görə bəzi ölkələrdə ona cinayət işi belə açılıbdır. Sitat: “Ukrayna Baş Prokurorluğu, işğal edilmiş Krım Muxtar Respublikasına qanunsuz səyahət etmiş, Azərbaycanın Respublikasının Moldovadakı Fövqəladə və Səlahiyyətli Səfiri Qüdsi Osmanov barəsində araşdırma başlanılmasına qərar verib.

Bu barədə Ukrayna Baş Prokurorluğu Ukrayna Təhlükəsizlik Xidməti və Ukrayna Dövlət Sərhəd Mühafizə Xidməti tərəfindən Qanunlara riayət edilməsinə Nəzarət Departamentinin ərazi bölmələrinə və əməliyyat və istintaq fəaliyyətinə nəzarət Şöbəsinin rəisi S.Samodluçekno mətbuata məlumat verib.

Məlumatda bildirilir ki, Azərbaycanın Molodovadakı Səfiri Qüdsi Osmanovun 2019-cu ilin dekabrında Rusiya tərəfindən işğal edilmiş, Ukraynanın Krım Muxtar Respublikasına getməsi, orada qalması, Rusiya Prezidenti V.Putinlə tədbirdə iştirak etməsi və şəkil çəkdirməsi barədə informasiya müəyyən edilmişdir.”

Eyni zamanda, redaksiyamıza göndərilən məlumatda deyilir ki, 44 günlük Vətən müharbəsi zamanı Azərbaycanın Moldovadakı Səfiri Dağlıq Qarabağın erməni separatçılarını faktiki olaraq dəstəkləyib. Azərbaycanın Moldovadakı Səfiri Qüdsi Osmanovun Rusiya siyasi elitası, Rusiya xüsusi xidmət orqanları ilə əlaqalərinin artıq sübüt edilməsinə ehtiyac yoxdur. 28 avqust-5 sentyabr 2020-ci il tarixdə qondarma “Dağlıq Qarabağ Respublikası”-nın qondarma “parlamentinin” sədri Artur Tovmasyan Yerevan-Moskva-Kişiney hava yolu və Kişinyov-Tiraspol quru yolu ilə Moldova Respublikasının ərazisindən keçməklə, qondarma “Dağlıq Respublikasının” vəzifəli şəxsləri olan 10 nəfərlik nümayəndə heyəti ilə qondarma “Prednestrovye Moldova Respublikasına” səfər edərək 2 sentyabr, separatçı “Prednestrovyanın” müstəqillik günündə nümayişkəranə sürətdə iştirak etmişlər, bunu Ermənistan, Moldova və Rusiya mətbuatında geniş yayımlamışlar. 31 avqust 2020-ci il tarixində isə qondarma “Dağlıq Qarabağ Respublikasının” qondarma “parlamnetinin” sədri” Artur Tovmasyan qondarma “Prednestrovye Moldova Respublikasının” prezindenti vadim Krasnoselski ilə rəsmi olaraq görüşür, bu tədbir Moldova, Rusiya və Prednestrovye mətbuatında geniş yayımlanır. Səfər və tədbirlər birbaşa Azərbaycanın milli suverenliyinə qarşı yönəlmiş bir tədbirə çevrilir. Lakin Qüdsi Osmanov bu səfərə məqsədyönlü şəkildə, heç bir halda mane olmur, ümumiyyətlə Moldova Respublikası dövlət qurumları qarşısında heç bir etiraz mövqeyi səqrgiləmir.

Növbəti yazımızda isə Səfir Qüdsi Osmanovun silah alverçisi, dünyanın bir neçə ölkəsində axtarışda olan, eyni zamanda, PKK və Əl-Qaida kimi terror təşkilatlarına silah satmaqda ittiham olunan Almari Vael Süleymanla əlaqələrindən, ondan 70 min avro alma səbəbindən və onu Bakıya gətirmə olaylarından yazacağıq./xebertop

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir