Manşet

Azərbaycanın xeyrinə casusluq etməkdə şübhəli bilinən erməni komandir həbs olundu – ƏMƏLİYYAT VİDEOSU

Ermənistanın Milli Təhlükəsizlik Xidməti 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanın xeyrinə casusluq etməkdə şübhəli bilinən 2 Ermənistan vətəndaşını saxlayıb.
Yeniavaz.com Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəsmi saytına istinadən bildirir ki, bu ölkənin xüsusi xidmət orqanları Azərbaycanın xeyrinə casusluq fəaliyyəti göstərən 2 şəxsi saxlayıblar.
Məlumatda bildirilir ki, Ermənistan vətəndaşı olan 2 şəxs iş axtarmaq bəhanəsilə Türkiyəyə gedərək orada Azərbaycan xüsusi xidmət orqanları tərəfindın əməkdaşlığa cəlb olunublar. Bildirilir ki, həmin şəxslər keçmiş hərbçilər olub. Onlar pul qarşılığnda hərbi məlumatları Azərbaycan tərəfinə ötürüblər.
Bildirilir ki, ötən ilin 27 sentyabr tarixdə həmin şəxslərdən biri könüllü dəstə komandiri kimi Qarabağa “döyüşməyə” gedib. Həmin şəxsin rəhbərlik etdiyi dəstə Hadrut istiqamətində “döyüşüb” və oktyabr ayının sonuna kimi hərbi obyektlərin, hərbi texnikanın fotolarını və digər məlumatları toplayaraq Azərbaycan tərəfinə ötürüb.
Qeyd olnur ki, casusluq etməkdə şübhəli bilinən qrup üzvlərindən ikisi təqsirləndirilən şəxs qismində saxlanılıb və barələrində həbs qətimkan tədbiri seçilib.
Onu da bildirək ki, Ermənistan qanunvericiliynə görə “dövlətə xəyanət” ittihamı ilə həbs olunan şəxslərə ömürlük həbs cəzası verilir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir