Manşet

Yerində sayan YERLİ SERİALLAR: – “Telekanal pulu göstərən kimi hamısı bir-birini…”

“Həm texniki, həm də məzmun baxımından 2011-ci ildə necə serial çəkirdiksə, indi də elə çəkirik. Həmin vaxt necə başlamışdıqsa, bir addım da irəli getməmişik”.

Tanınmış aktyor Azər Aydəmir yerli seriallarla bağlı fikirlərini Yenicag.az-la bölüşərkən belə deyib.

Aktyor bu məsələdə serial istehsalçılarının məsuliyyət daşıdıqlarını bildirib:

“İndi çəkilən seriallara gəlincə, vaxt etibarı ilə mütəmadi baxa bilmirəm, amma ara-sıra izləyirəm. Milli serialların inkişafı ilə bağlı 2011-ci ildə Prezidentin sərəncamı var. Həmin vaxt necə başlamışdıqsa, bir addım da irəli getməmişik. Bu fikrimin aktyorlara aidiyyatı yoxdur, serialların məzmunundan söhbət gedir.

Həm texniki, həm də məzmun baxımından 2011-ci ildə necə serial çəkirdiksə, indi də elə çəkirik. 2011-ci ildə seriallar hansı avadanlıqla çəkilirdisə, indi də elədir. Bu işdə serial çəkənləri də qınamaq olmaz. Çünki o vaxtdan bəri bir bölüm üçün 3-3.500 manat ayırırdılarsa, indiyə qədər də o qədər vəsait ayrılır. Əlbəttə ki, serial istehsalçıları özlərini texniki baxımdan inkişaf etdirə bilmirlər. Amma sual olunur ki, niyə 10 il ərzində bir bölüm üçün ayrılan vəsait qalxmadı? Bu məsələdə də günah serial istehsalçılarındadır. Çünki üzərlərində işləməyib, özlərini inkişaf etdirməyiblər. Sözü bir yerə qoyub telekanallara deyə bilməyiblər ki, bəsdir, yetər, bundan sonra bir seriyanı 7, ya 10 minə çəkirik. Telekanal pulu göstərən kimi hamısı bir-birini itələyərək o pulu alır və nəticədə biz gördüyümüz məhsulun şahidi oluruq”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir