2018-ci ildə bir anın içərisində bütün Azərbaycan qaranlığa, zülmətə qərq oldu. Bu istənilən ölkə, müharibə edən Azərbaycan üçün isə tam fəlakətli vəziyyət idi. Ölkənin baş enerji mənbəyi olan Mingəçevir SES-də partlayış baş vermişdi.
Cənab Prezident İlham Əliyevin operativ səyləri nəticəsində fəlakət sovuşdu, amma…
Belə hadisələr bir çox ölkələrdə olur, amma həmən anda alternativ mənbələr işə düşür və qəza hiss olunmur. Məlum oldu ki, dövlətin bu məqsədlə ayırdığı yüz milyonlar təyinatı üzrə xərclənməyib.
Bəs görəsən həmən dövrdə Azərenerji-nin prezidenti olan Etibar Pirverdiyev milyonları hara xərcləmişdi ?
Bir neçə il əvvəl baş vermiş bu faciəni bu gün nə üçün yada saldıq.
Gundelik-baku.com-un sonuncu araşdırmasında bəlli olur ki, Etibar Pirverdiyev ona məxsus Ekspres bankı satışa çıxarıb.
Ahaa. Bəli, Etibar kimi məmurlar dövlətin ayırdığı milyonlar hesabına özləri üçün özəl banklar yaratmışdılar, övladlarına xaricdə biznes qurmuşdular.
Və nəticədə ölkəmiz zülmətə qərq oldu.
Bir vaxtlar Belorusiyada, Moldovada kartof-soğan alveri edən Etibar Pirverdiyev necə oldu ki, bank sahibi oldu?
“Azerenerji”nin rəhbəri maxinasiyalar və dövlət vəsaitlərini talaması hesabına oliqarxa çevrilə bilmişdi.
Amma ölkəni təhlükəli vəziyyətə salmışdı.
Təsəvvür edirsiniz qəzaya görə, ölkə iqtisadiyyatına və vətəndaşlara 500.000.000 manat, yəni yarım MİLYARD ziyan dəymişdi.
Amma Pirverdiyevin şəxsi biznesi çiçəklənirdi.
Etibar Pirverdiyevin dəvə fermaları, Xudatdakı bazarı, Şabran, Xaçmaz rayonlarındakı iri təsərrüfatları və daha nələri.
Dəvələri yağlamaq üçün ayrıca biznesi də olub.
Bayraq Meydanında baş verənlər də Etibar Pirverdiyevin alnında qara ləkədir.
Ümumiyyətlə, Azerenerjiyə ayrılan dövlət vəsaitlərinin miqdarı insanı heyrətə gətirir.
Bu pullar bu gün Londonun biznes dairələriində fırlanır. Həm də kiminlə şərik şəkildə…
Bəli, Etibar Pirverdiyevin qızı Dünya Pirverdiyeva keçmiş rabitə naziri Əli Abbasovun gəlinidir.
Əli Abbasovun oğlu Eldar Abbasov və həyat yoldaşı Dünya xanım Londonda bir neçə şirkətə sahibdirlər.
Ünvanları da budur :
INFIPRO LIMITED şirkəti hələ ötən il aprelin 21-də Londonda qeydiyyatdan keçirilib və 10735266 saylı lisenziya alıb.
Rəsmi qeydiyyat ünvanı kimi Eldar Abbasova məxsus BİTTOP şirkətinin adresi göstərilib: 40 Bloomsbury Way, London, United Kingdom, WC1A 2SE.
Bəli, iki oliqarx məmurun Azərbaycan xalqından oğurladıqıarı milyonlar banklarda fırlanır.
Amma Etibar Pirverdiyev həbs olunacağından qorxaraq bankını satıb aradan çıxmaq istəyir.
Kimə satacaq ?
Bizi izləyin. //gundelik-baku.com//