“Mənə məlum olan bu avtomobil kolleksiyası Dövlət Miqrasiya Xidməti nəzdindəki Bakı şəhər Regional Miqrasiya İdarəsinin rəisi İntiqam Behbud oğlu Məmmədovun oğlu Əhmədli Elgiz İntiqam oğlunundur. O, 10-EX-002 dövlət nişanlı bir neçə avtomobil idarə edir”.
PİA.az xəbər verir ki, bu sözləri sosial şəbəkə hesabında tanınmış bloger Həbib Müntəzir paylaşıb.
H.Müntəzir, məsələ ilə bağlı digər təfərrüatları da qeyd edib:
“Həmçinin, 99-TZ-555 dövlət nişanlı avtomobillər də onundur. Avtomobillərin markaları bunlardır:
Mercedes CLS-Class, BMW X5M Black, Toyota Land Cruiser, Porsche Panamera 4S. Maraqlıdır bir dövlət xidmətinin nəzdindəki idarə rəisinin bu qədər sərvəti hardandır ki, onun övladları yüzminlik avtomobillər sürürlər?” – deyə bloger sual edir.