Qazax İcra Hakimiyyətində birabırçılıq – Rəcəb Babaşov özəl klinikanı niyə reklam edir? FOTOFAKT
Qazax Rayonu İcra Hakimiyyəti birabırçı əməli ilə diqqət çəkib.
32gun.news xəbər verir ki, dövlət qurumunun rəsmi saytında özəl klinika reklam olunur.
Belə ki, Qazax icra hakimiyyətinin rəsmi saytında (www.qazax-ih.gov.az) dövlət müəssisələrinin adları və nömrələrinin yazıldığı siyahıda “Labmed Tibb mərkəzi MMC” barədə də məlumat dərc olunub.
Sözügedən özəl klinika Azər Axundov adlı şəxsə məxsusdur.
İcra başçısı Rəcəb Babaşovun dövlət qurumunun rəsmi saytında özəl klinikanın reklam edilməsinə icazə verməsi xüsusi maraq doğurur.